Bir səhifəlik qızıl gül ətri
Muzafferus tərəfindən "Hekayə" bolməsinə 10:31 17 iyul 2017 tarixində əlavə olunmuşdur

Saçlarına sığal çəkən külək vardı. Bir də, skamyada əyləşmiş gənc bir qız. Sevdiyi gələcəkdi birazdan. Yenə həmişəki kimi bir qədər gecikmişdi. Ehtiyatlıydı gənc aşiq, kitab götürmüşdü özü ilə, sevgilisini gözləyənədək oxumaq üçün. Nəzik barmaqlarıyla tumar çəkdi əlindəki şeir kitabına. Vərəqlədi, oxumağa başladı, ordan-buran, bir-iki şeir.

Öyrəşmək nədir? Alışmaq, qəbul etmək, razı olmaq. Qəlbinin dərinliyindən axan bir çay. Yox, bu bağlılıq deyil. Bağlanmazsan. Bağlanmaz qəlp qapıları. Açıqdır, azaddır. İstədiyin an qanadlana bilərsən. Ama çayı izləmək daha gözəldir. Öyrəşmisəndir. Öyrəşmək bağlanmaqdan fərqlidir. Bağlanmaq, bağlandğının varlığına məhkum olmaqdır. Öyrəşməksə onun ritmini duymaq, anlamaq, qəbul etməkdir.

Dodaqlar üzünə toxunarkən, xoş bir diksinti keçirib sevgisinə tərəf çöndü. Gözəl bir təbəssüm bəzəmişdi üzünü. Oğlan gəlib yanında əyləşdi. Əlindəki qızıl gülü sevgilisinə uzatdı. Xoş bir ətirlə sehirlənmiş “təşəkkürlər” kəliməsi qızın dodaqlarınan, oğlanın qulaqlarına tərəf qanadlandı. Səssizcə güclü kitabın arasına qoydu öz varlığındakı sonsuzluğa yadigar saxlamaq üçün.

Qorumaq, gizlətmək nədir ki? Yaşatmaq istəyi, saxlamaq, sahiblənmək, sonsuzlaşdırmaq. Hə-hə, sonsuzlaşdırmaq. Nədənsə ən çox can atılan şeydir sonlu dünyada sonsuz dünyada sonsuzluğa varmaq. Nə qədrib bir paradoks olsada, bir o qədər də mərkəz olub. İstək olub, arzu olub, ümid olub. Gerçək sonsuzluq unudulub, sonlu sonsuzluq önəmli olub.

Qızıl gül bütün ətriylə gizləndi təsadüfü açılmış 2 səhifə arasında. Qız bu gülü sevgiylə, ümidlə qoymuşdu ora. Hardan bilə-bilərdi ki 3 il sonra bu gülü gizləndiyi yerdən aşikara çıxardıb sevdiyinin qəbrinə qoyacaq? Basdıracaq torpağına, gizlədəcək orada. Basdıracaq torpağına, gizlədəcək orada. Bir sonsuz həvəs tək. Hardan bilərdi ki, sonu belə olacaq qızılgülün? Kitabını ətirlə bürüyən o qızıl gül, indi sevgilisinin qəbrində gizlənib, ruhunu bürüyəcəkdi xoş ətri ilə. Qucaqlayacaq…

Bir gün ümidlə verilmiş qızılgül, həsrətlə geri qaytarılacaqdı. Bir gün geriyə sadəcə bir səhifəlik qızılgül ətri qalacaqdı.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+34=
Hesaba giriş
Müəllif

Muzafferus
Haqqında
"Şizofrenik Saturn" və "Nar dənələri" kitablarının müəllifi.
Əlaqə
E-mail:
muzefferpasazade@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0295 saniye