Bir sən oldun...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:16 30 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bu həyatda mənə qalan,əzizim,
Bir sən oldun,bir də təmiz eşqimiz.
Ürəyimə hakim olan vəfadar
Bir sən oldun,bir də təmiz eşqimiz.

Ömür keçdi,yaşa dolduq.qocaldıq,
Ürəklərdə sevgi dolu yer aldıq.
Xəzəl olub yarpaq kimi saraldıq,
Bir sən oldun,bir də təmiz eşqimiz.

Nakam qaldı qəlbimizdə arzular,
Sızım-sızım sızıldayır yaralar.
Sənsiz dünya gözlərimdə qaralar,
Bir sən oldun,bir də təmiz eşqimiz.

Ömrün çoxu getdi.qaldı azımız,
Görən,nədən tərs yazıldı yazımız?
ümidimiz.təsəllimiz-qızımız,
Bir sən oldun,bir də təmiz sevgimiz.

Üzağ çıxdıq sınağından həyatın,
Sorğusundan,sorağından həyatın.
Bezikmədik qınağından həyatın,
Bir sən oldun,bir də təmiz eşqimiz.

Gələn gəldi başımıza,neyləyək?
Çıxan çıxdı qarşımıza,neyləyək?
Dən düşübdü saçımıza,neyləyək?
Bir sən oldun,bir də təmiz eşqimiz.

Mən Mövludam,yaxşı,pisi sezərəm,
Bir gun gələr bu həyatdan bezərəm.
Ömür vəfa edənəcən dözərəm,
Bir sən oldun ,bir də təmiz eşqimiz.

18.04.2014 / Zərdabi
Mövlud Ağamməd

 

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+15=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0238 saniye