Bir sevda yuxusu
Dərdindən öldüyün sənsiz ölərmi?
Sənə qovuşmağı bir an dilərmi?
Sevərdək, gücümüz çata bilərmi,
Dərdi boşlamağa, qəmi atmağa?
Ruhuma tənhalıq ruhu hopsa da,
Ayrılıq özünü məndə tapsa da...
Dənizdə qasırğa, tufan qopsa da,
Gəmi özü gedir, sanki, batmağa!
Saçından məhəbbət qoxusu gəlir,
İçimdən vurulmaq qorxusu gəlir.
Gözümə bir sevda yuxusu gəlir,
Səs salın, qoymayın məni yatmağa!
Yusif Nazim Ərəbsoy