Bir sevginin dəyişməsi
Qüdrət Dadaşov tərəfindən "Hekayə" bolməsinə 17:29 18 avqust 2016 tarixində əlavə olunmuşdur

Bəzən o gedər.O gedər və sən təkliyə məhkum olunarsan.Yalqız illərin həsrəti düşüb üzərinə səni boğuncaya qədər yalnızlığı dadarsan.Öz yarpaqlarından ayrı düşmüş bir ağac kimi,buludsuz qalmış səma kimi yalqız olarsan.Sonra araya bəziləri girər.Zaman.Zamanla alışarsan.Artıq bu yük yavaş-yavaş sənə yüngül gəlməyə başlayar.Artıq rahat olarsan.Özünü qəmsiz, kədərsiz hesab edərsən.Həsrət yükü üzərindən götürülər.Sonra...Sonra..Sonra illərin ağır zəhmətlə sağaltdığı yara qoparılar və bu yaranın üzərinə duz səpilər.Heç incitmədiyi qədər incidər səni.Dözə bilmərsən.Sonra nə olar.? Həyat sənə oyunlar oynamağa başlar.Gözləmədiyin anda ümid qapına gələr.Qapını ümidə açıb onu içəri dəvət edərsən.Bir yerdə yaşamağa başlayarsız.Qoşa günlər, aylar keçər amma o gəlməz.Sonra sən ümidi qovmaq istərsən.Çalışarsan.Onu ürəyindən sildiyini sanarsan... Və bir gün o gələr.Heç gözləmədiyin bir vaxtda.Düşünərsən..Onu nə qədər sevdiyini anlarsan.Yenidən alovlanmış bu od səni yenidən yandırar.Amma sən həzz alarsan.Amma artıq zaman öz işini görüb. Sən ölüncəyə qədər sevəcəksən.Sevirsən. Amma siz uzaqlaşarsız.Bir daha görüşməmək şərti ilə.Sənin qəlbindəki bu ümid heç vaxt sönməyəcək.Sən daim ümidlə gözləyəcəksən.

Gözləmək çətindir.Hələ boşuna gözləyirsənsə....


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+30=
Hesaba giriş
Müəllif

Qüdrət Dadaşov
Haqqında
....
Əlaqə
E-mail:
qudretd@hotmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.035 saniye