Bir şeir parçalandı
cəmilə tərəfindən "Hekayə" bolməsinə 14:10 24 may 2014 tarixində əlavə olunmuşdur

Bir şeir parçalandı şairin qəlbində,misralar töküldü ətrafa.Kəlmələr boynu bükük qaldı.Hər biri milyonlarca hissi ifadə edirdi oysa ki.Bir kağızın qələmlə sevişməsiydi.Qələm bakir qaldı yenə.Kağızsa yeni hisslər doğurdu öz qucağında.Bir şeir parçalandı.Əvvəl soyuq küləklər əsdi sətr aralarında.Bir musiqi yüksəldi.Bəzən günəş batdı,bəzənsə yağış yağdı şairin gözlərindən kağıza.Hər tərəfdə isyan səsləri eşidildi.Bir ananı ayırdılar körpəsindən sanki.Şeirin bir tərəfi boşmuş kimi.O boşluğu dolduracaq varlıq.Qorxularımdan yaratdığım qabığıı soydum ruhumdan.Bir gecə kimiydi o boşluq.Qaranlıq,səəsiz və dərin.Sən ulduz idin.Kiçik bir işıq saçırdın.Və sən getdin arzu tutdum ürəyimdə.Sən gedərkən də səni dilədim.Ölüm kimiydi boşluğun.Sən o parçalanan şeirlərlə kəsdin biləklərimi.Saatlarca izlədin..

Bir şeir parçalanmdı uzaqlarda.Şairin sol tərəfi sızıldadı gözlənilmədən.Suallarımı da qucaqladım.Sırf içində sən varsan deyə..Sənə aid hərşeyi mənimsədim.Parçalanmış şeirimdə belə sən axdın ovuclarıma.Orda belə vardın.Bir aəlçatmazlıq vardı.Mənim əlim çatmafı sənə.Sənin qəlbinsə mənim qəlbimə.

Bir şeirin parçalanması idi sənin gedişin.Anlada bildim mi can?!


... dəfə oxunub
Qiymət: 6/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
8+22=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0337 saniye