Bir şeir ağlayırdı otağımın küncündə..
Edamına az qalmışdı..
Az qalmışdı, hər sətrini boğula boğula yazdığı sahibinin yanına getməyinə..
Az qalmışdı, cahillərin ruhuna "lənət" üfürməyinə..
Bir şeir ağlayırdı dizlərimin dibində..
Mənə ümidimin verə bilməyəcəyi acını verirdi..
Ağlayırdı..
Yalvarırdı..
Hər sətrində qanlar axırdı yollarıma..
Elə bir hayqırış var idi ki, ruhunda..
Parçalayırdı ruhumu hər sətrində.
Dodaqlarıma qonduqca şeirin göz yaşları,
Bulaşırdı əllərimə..
Hisslərimə..
Getməsin o şeir..
Buraxmasın mənliyini kimliksiz şəhərdə..
Nəfəsi ovucumda can verirdi şeirin..
Can verirdi sahibinin nifrətinin "eşq"indən..
Ruhumu da aparsın, Dar küçələrin iztirabına qatsın ruhumun kimsəsizliyini..
Elə bil o şeir mahnı idi,
Amma mən edam günümdə söndürmüşdüm mahnıların alovunu..
Yandırmışdım sən bağıran hisslərimi..
O şeir küsmüşdü dolu "qədəh"imə..
O şeir unutmuşdu bədənsizliyini..
İçində fırtınalar qopardı,
Sətirlərin altında "ruhunuza ziyandır" yazardı..