bir siqaret
Sən An tərəfindən "Şeir" bolməsinə 23:36 07 iyul 2014 tarixində əlavə olunmuşdur

BİR SİQARET
***
bir siqaret yanır gecənin qaranlığında,
bu şəhər qarışır kədərə,
dönür külə kül qabımda.

saat da artıq yorulub boş-boşuna səs salmaqdan,
əqrəblərin boynu zorla dönür,
onlar da bezib sənsizliyi daşımaqdan.

mənzilimdəki otaqlar bir-birinə qonşu da deyil ki,
darıxanda keçim birindən o birisinə,
hamısının divarları soyuqdur,
gəlirlər üstümə.
.
mətbəxim kişidən bezmiş fahişə kimidir,
bütün qab-qaşıq yığılıb üst-üstə,
hər yer çirklidir.

bir siqaret yanır gecənin qaranlığında,
qəhər yerini verir tüstüyə, süzülür dodağımda.


... dəfə oxunub
Qiymət: 5/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+18=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0325 saniye