Bir təmənnam vardır Uca Allahdan...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 18:42 22 dekabr 2016 tarixində əlavə olunmuşdur

Bir təmənnam vardır Uca Allahdan,
Mənim də bir gülü-zarım olaydı.
Gecə -gündüz vəsf edəydim hüsnünü,
Təriflərə layq yarım olaydı.
***
Tuta idim pəmbətək ağ əlindən,
Eşidəydim şirin kəlmə dilindən.
Heç nə umma mənim kimi dəlidən,(1)
Düz əhdim,həm düz ilqarım olaydı.
****
İnan mənə,əlimə ver əlini,
Gümüş kəmər incitməsin belini.
Anam da çox sevər səntək gəlini,
Kaş deməyə ixtiyarım olaydı.
***
Mən Mövludam,eşqim dərin dəryadan,
Əl çəkmişəm xəyalətdən,xülyadan.
Gün olacaq köçəcəyəm dünyadan,
Əlbət,çəkən intizarım olaydı.

1)burada:sevən aşiq,məcnun nəzərdə tutulur.

23.08.2014.Zərdabi.Mövlud Ağamməd.

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+18=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0207 saniye