Səndə insaf varsa bir az danış din,
Qırov bağlamasın nə avaz,nə ün.
Hardan biləydim ki,bu sevgi bir gün,
Mənidə odlara yaxa bilərmiş.
Gizli bir məna var çoxda -az da da,
Sevgi dil açarmış,odda buzda da,
Heç demə məhəbbət qışda, yazda da
Qəlbdə şimşək kimi çaxa bilərmiş.
Söndürmə eşqimin közərən şamın,
Ahu tutar səni bir uçuq damın,
Hardan biləydim ki sevgi adamın,
Hərdən evinidə yıxa bilərmiş.
Bir vaxtlar dilindən düşmürdü adım,
Getdin...öləzidi işığım odum,
Başıma gələndə duyub anladım,
Məhəbbət dərdədə sığa bilərmiş.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV