Bir zaman olacaq gedəcəm mən də,
Bir zaman olacaq mənsiz dünya da
Boynunu bükəcək,qəribsəyəndə
Gözünün yaşını siləcək o da.
*****
Kim isə halıma yanacaq yaman,
Köksünü ötürüb"heyif"deyəcək.
Kim nə aparmışdır qocq dünyadan?
Sadəcə olaraq ölümdür deyə
Kimsə tez çıxarar məni yadından.
****
Yox,dostlar,bilirəm,onu bilirəm,
Məni atmazsınız çətin günümdə.
Buna arxayınam,yaxşı bilirəm,
Mənə də,mənə də həyan olarsız,
Mənli günlərimi yada salarsız.
Gəlib baxarınız qəbir daşıma,
Bəlkə,ordan sizi görə bilirəm...
*****
Danışın,dostlarım,bir az danışın.
Beləcə ürəklər boşalsın bir-bir,
Qoymayın gözünüz qəmdən yaşarsın.
***
Mən gedəndə,dostlar,
Ağlamayın məndən sonra dalımca.
Yoxsa qəlbinizdə həsrətim qalar,
Çalışın,düşmənlər baxıb gülməsin-
Qaldırın göylərə şerimin səsin.
***
Bir zaman olacaq gedəcəm mən də,
Bir zaman olacaq,mənsiz düya da
Boynunu bükəcək,qəribsəyəndə
Gözünün yaşını siləcək o da.
10.10.1983 / Zərdabi
Mövlud Ağamməd