Bakının özünəməxsuskuğu ilə seçilən əsrarəngsiz axşamları...
Mən qollarımla öz-özümü qucaqlayaraq sakit halımla insanların arasında izimi itirirdim. Əynimdə ağappaq paltomu, hörüklənmiş saçlarımı, ala gözlərimdəki gizlətmək niyyətində olmadığım ümman kədəri görürsünüzsə, demək tapdınız itkin qızı.
Ağır-ağır addımlarımı atmaqda davam edərək beynimdəki səslər məni rahat buraxmadan təqiblərini davam etdirirdilər. Əllərimi paltonun ciblərində gizlədərək insanlara nəzər salırdım. Bəlkə kimsə...
Amma yox! Lənət ki, yox!!!
Birdən üşüdüyümü, iliklərimə qədər dondurucu gücü hiss edib da ayaq saxlamağa məcbur oldum. Boğulmaq təhlükəsi. Gözlərimin qaralır. Nəfəs ala bilmirəm. Mənə yönələn baxışların mənasını anlamağa cəhd edirəm. Ah, başım "part" dərəcəyə yüksəlməkdədir.
3 nəfər cavan oğlan mənim durumumu görüb yaxınlaşdılar. Qorxu və nifrət qarışıq ifadə ilə onlara baxaraq onları dayandırdım. Anlaşılmamamlıq içində mənə zillənmiş gözlərlə nəzər salaraq beyinlərində nəyisə götür-qoy etməyə başladılar. Mənsə dərindən nəfəsimi dərərək gözlərimi qapatdım. Mənfi düşüncələri özümdən itələyərək əvvəlki gücümü bərpa etməyə nail oldum. Və sakitcə yoluma davam etməyə başladım.
Mən-Sevda, ölkənin ən öndə gedən radioların birində aparıcıyam. Dinləyicilər məni "Bayquş" verilişindən tanıyıblar. Gecə 12-də başlayıb 2-yə, bəzən 3-ə qədər davam edən radio-verilişdə yata bilməyən insanlarla söhbət edirdim...
Uşaq evində böyümüşəm.Eynən o məkanın sakinləri kimi ana-ata sevgisi, bacı-qardaş davası görmədən yaşamışam, yaşayıram və yaşayacam da. Bu-mənim taleyimdir. Hər dəfə arzuladığım ailə tablosu ayrı-ayrı insanlarən nümunəsində qabağıma çıxarkən, nə yalan deyim, içimdə nəsə sınırdı. Yox, ağlamırdım, öyrəncəli idim artıq. Amma yenə də o sınıq səsi eşidirdim.Sadəcə məsum təbəssüm buraxaraq tələsik uzaqlaşdırdım oradan dərhal. Amma uğultulu səsi qulaqlarım aydın-aşkar eşidirdi demək olar ki...
Nişanlımı çox, həm də dəlicəsinə çox sevirdim. Toğrulla bağlı xatirələrim mənim qızıl fondumdur.Onunla tələbəlik illərində davalı tanışlığımız, düşmənçilikdən dostluğa gedən qısa yol və birdən gözlənilməz elani-eşq. Uşaqlıq rəfiqəm, bacılığım Günaya necə danışdım, heç özüm də bilmirəm. Amma sevinclə axan göz yaşlarımı, Günayın məni qucaqlaması...
Bir az Günaydan söhbət açım. Yox, yox. O mənim kimi tale yaşamasa da... Atası onu və anasını buraxıb birdəfəlik Türkiyəyə köç etmişdi. O zaman Günayın 9 yaşı vardı. Ad gününə 2 gün qalmış atasının ona vurduğu zərbə heç vaxt yaddaşından silinməyəcəkdi. Atası Rasimin Türkiyədə ticarət işlərindən əlavə, başqa bir ailəsinin varlığı anası Nəcibə bilirdi. Hətta bir gün ailəsinin darmadağın olacağını da bütün çılpaqlığı ilə görüb anlayırdı. Qohum-qonşu bu evdən heç vaxt dava-dalaş səsi eşitməmişdi. Sadəcə nigah uğursuz alınmışdı və hər iki tərəf bunu gizlətmirdilər. Günay atasını ömrünün sonuna qədər bağışlamaq fikrində olmadığını onun üzünə bildirmişdi. Rasim kişi hər dəfəsində qızını görmək ümidi ilə çırpınarkən qanadları qırılırdı. Günay onu dinləmədən rədd edirdi. Bəlkə də bağışlayardı, əgər Rasim kişi onun ad gününü unutmasaydı...
Mənim uşaq evindəki yaşama müddətim bitdiyimdən bəri Günayla bir yerdə yaşayırdım. Nəcibə xala məni öz qızından ayırmırdı. Bəzən məni Günaydan da çox istədiyini açıqlayanda bacılığımla küsülü qalırdıq. Mənsə onun qəlbindəki buzu əritmək üçün min bir oyundan çıxırdım.
Nəcibə xala dərzi idi. Soyuq qış fəslində işlərini evdə görərdi. Mən də tamaşa edərək nəsə öyrənirdim.
Mən, nişanlım, bacılığım və qonşumuzun qızı 8 yaşlı Nilufər. Bir yerdə şəhəri gəzərək söhbət edə-edə əlaqələrimizi daha da qırılmaz nöqtəyə gətirirdik. Kafedə əyləşib isti şokolad qurtumladıq. Mmm. Əsl ləzzət. Ələlxüsus belə payızın soyuq nəfəsində.
Və gəlib tanımadığımız küçəyə girdik. Hər tərəf qaranlığa qərq olub burada.
Bir səs. İyrənc gülüş səsi. Alqışlar. Parıldayan bıçaqlar. Murdar baxışlar.
Aman Allahım!
Küçə avaraları bizi əhatədilər. Sevdiyim onlarla dil tapmağa çalışırdı ki, yumruq-təpik yedi. Nilufər üzünü dizlərimində gizlədərək ayaqlarımı qucaqladı. Geriyə 1-2 addım getməyə imkan da yox idi. Onların kobud barmaqları qolumdan yapışdılar. Yalvarıb yaxarım ki, bizi buraxsınlar. Amma heyhat!!!
Toğrulu gözlərimizin qabağında ölümcül döydülər. Mən çırpınırdım. Onlara qışqırıb dayanmalarını xahiş edirdim. Günay isə yerindəcə daşa dönmüşdü...
Uzaqdan polis sirenalarının sədası. Mənfur insancıqlar qaçmağa üz tutdularsa, 2-3 nəfəri yaxalarını ələ verdilər.
1 həftəlik koma. Sevdiyim Toğrulun ölümə gedişi. Göz yaşlarım məni yandıraraq məhv edirdilər...
Radio verilişimin başlanmasına az qalıb. 3 il keçib onun ölümündən...
Bir zəng və dediyi ilk söz...