Bir.
ANAR. (ARLİN EDEN ) tərəfindən "Şeir" bolməsinə 14:00 27 iyul 2015 tarixində əlavə olunmuşdur

Mən sevgisiz bir liman

Arzusuz bir diləyəm

Yelkənsiz bir gəmi,

Kədərsiz bir körpəyəm.

Ümüdlü bir gecə,

Küləkli bir sabaham

Qanadsız bir mələk

Nöqtəsiz bir cümləyəm.

Meyvəsiz bir ağac,

Səhrasız bir suyam

Adasız bir okean,

Palçıqsız bir yağışam.

Buludsuz bir səma,

Günəşsiz bir planetəm

Ölümsüz bir ruh,

Adsız bir məzaram

Həqiqətsiz bir yalan,

Yalansız bir insanam

Cənnətsiz bir şeytan,

Çirkabsız bir qanadam.

 

09/07/2015


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
4+19=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
anar_arlin@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0247 saniye