Biraz Rap
Alçin Doqquz tərəfindən "Digər yazılar" bolməsinə 22:22 21 aprel 2014 tarixində əlavə olunmuşdur

Ümumiyyətlə Azərbaycanda eşq acısı çəkənləri , pessimistliyin dibində olanları , sevgi sözləri yazıb məqsədsiz gəzən insanları çıxsaq müəyyən bir toplum var ki rep dinləyir. Repin uzun uzadı tarixin danışmaq istəmirəm , Azərbaycana dəxli olan hissəsin deyim. Biz repi Hüseyn Dərya , Host , Dəyirmanda gördük. Hər nə qədər olsada repi bunlar yaratdılar. Hər kəs Hüseyn Dəryanın məşhur " Məhlə bizim məhlədi , qalan məhlə fəhlədi" cümləsin bilir yəqin. Host özündən sonra "hostedkalar" , "pessimistkalar" , "Qaraqanı peyğəmbər eliyəcək" insanlar qoysada rep və xalqı oyatmaqçün nəsə edə bilmişdi. "Azadlıq " və " Azad Hostçular " və bir sıra trekləri var ki , Azrepin yaxşılarından saymaq olar , tək ona görə yox ki beatı və ya versesi əladı. Ona görə ki , sırf xalq üçün yazılıb. Onlardan sonra 2 ci bir rep nəsli gəldi Azrepə. Hal-hazırda Synaps və Madhouse-nin tərkibindəki reperlər daha çox dinlənilir. Xpert , Okaber , Dakodje , Koryolçu , Paster ən çox dinlənənlər sırasındadı ki , Pasterin tərzi Azrepdə yeganədi. Xarici və ya türk repi ilə müqayisədə güclü olmasa da , repin heç də uzun müddətdi inkişaf etmədiyi bir yerdə kifayət qədər yaxşıdılar öz tərzlərində. Lakin bir də 2-3 rep dinləyib həvəsə düşüb özünə reper deyən uşaq-muşaqlarda yaranıb son vaxtlar. Onları boş verin siz əsl repdən həzz alın. Sonda rep dinləyicilər üçün kiçik bir playlist düzəltdim dinləyin rep həyatdır.

1. https://www.youtube.com/watch?v=BWGzOvcGIwM
2. https://www.youtube.com/watch?v=BJiic8IuPhs
3. https://www.youtube.com/watch?v=BVR_FSuxk2Q
4. https://www.youtube.com/watch?v=x9frt0L6xnA
5. https://www.youtube.com/watch?v=Y62a4dUCwWA
6. https://www.youtube.com/watch?v=xTrD4nsdBCM
7. https://www.youtube.com/watch?v=FHtnbZsmxWg
8. https://www.youtube.com/watch?v=GpQtPSwQaCk
9. https://www.youtube.com/watch?v=RtWEvzUU19U
10. https://www.youtube.com/watch?v=Kj3np4JyoGs


... dəfə oxunub
Qiymət: 9/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
6+13=
Hesaba giriş
Müəllif

Alçin Doqquz
Haqqında
ADU tələbəsi. Graffiti , Rap , Hip-Hop.
Əlaqə
E-mail:
somalicek@box.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0373 saniye