Biri elə,biri belə...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 20:21 22 mart 2016 tarixində əlavə olunmuşdur

Biri elə,biri belə,
Biri isə elə-belə.
Özümüz də bilə-bilə
Aldadırıq özümüzü.
***
Biri sayır,biri kəsir,
"Bir həsir bir Məmmədnəsir".
Yarpaq kimi tir-tir əsir,
Qprxuduruq gözümüzü.
***
Biri satan,biri alan,
Biri gedən,biri qalan.
Biri doğru,biri yalan,
Tanımırıq düzümüzü.
***
Dünənimiz qaranlıqdır,
Sabahımız toranlıqdır.
Bu günümüz bir anlıqdır,
Tez kəsirik sözümüzü.
***
Mövlud,gəldi azar-bezar,
Qismətindir soyuq məzar.
Hər bir tərəf giley-güzar,
Kimə tutaq üzümüzü?

12.06.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
4+26=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0241 saniye