Biri var
Nigar Şahsuvarova tərəfindən "Esse" bolməsinə 15:05 14 noyabr 2015 tarixində əlavə olunmuşdur

Hər gün insanlarla rastlaşırsan, ünsiyyət qurursan və təəccüb edirsən ki, ən layiqlisi həmişə tənhalığı ilə seçilir.

Güclü xarizma, cəlbedici görünüş, canlı analitik düşüncə, gözəl tərbiyə, arzuedilən təhsil açıq-aşkar görünür.

O, həmişə “öz” insanını axtarır: Kampaniya üçün, istirahət üçün, sevgi üçün, əlaqə üçün, ailə üçün.

O, nadirən səhv edir, üzülür. Təzə əlaqələr qurmaq, adaptasiya olmaqda çətinlik çəkmir.

Amma hər dəfə keçmişindən güclü olmaq üçün simurq quşu kimi küllərindən doğulur.

Və təzədən başlayır.

Cəmiyyətin stereotipləri onun üçün yaddır, özgə rəyini heç vaxt tətbiq etməz.

Kişi və ya qadın, fərq etməz, o, daima yanında olacaq birinin axtarışındadır.

Bu “sülh” şəraiti az dəlil, ifrat emosiya, adrenalin həyat ilə bağlı deyil.

Bu “sülh” növbəti şəxsdən ibarətdir ki, heç vaxt onu satmayacaq, həmişə inanacaq.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+20=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0319 saniye