Biri yox, biri var
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 16:11 03 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Biri var, biri yox
Tənhalıq adlı dərya isə hər zaman var.
Nağıllardan öyrəndik, yaxşılar hər zaman qalib olur
Eh, sadəcə nağıldır deyə-deyə qaldıq.
Unut, unut sözləri deyir içimdən bir səs
Səssiz qal, bəzən bir küncdə otur və sadəcə izləyici ol deyir.
İyrənc görsənir, yalançı insanlar
Bu qədər doğru heç cavan qalarmı, heyif.
Saatları qırmağım sadəcə əlimdən gəlir
Kaş zamanı qıra bilərdim ya da yandırardım 
Külünü isə heç saxlamazdım, zibil qutularına atardım
Çünki, şəhər zamandan təmizlənərdi.
Zamansız olmaq istədim, güləndə heç tərpənməsin əqrəblər
Tələsmədən, məqsədsiz yaşamaq
Niyə zamanı vecimizə alırıq ki?!
Bax və gör, əqrəblər heç insanı vecinə almır.
Biri yox, biri var
Hər zaman belədir, boş ver...


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+1=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0352 saniye