Birinci Addım-Pul
Uraqan tərəfindən "Məşhurlar" bolməsinə 15:09 16 aprel 2014 tarixində əlavə olunmuşdur

Qaraqanın "Birinci Addım" kitabının 9-cu səhifəsindən ayrılıb özümün düşüncə vərəqlərinə yazıram. Mövzu pul barədədir. Əslində çox gözəl və aktual mövzudur.

 Biz nə üçün vaxtımızı pul qazanmağa sərf edirik, pul niyə və nəyə lazımdır? Pulu nə üçün düşünürük? Niyə pul üçün yaşayırıq?!

 Hamını deyə bilmərəm, amma bəziləri üçün əlindəki puldan daha çox o pulu necə qazanmağı daha vacibdir. Sevdiyi işi, xoşbəxtliyi, özünə ayırdığı vaxtı, ailəsi, dostları və sevdikləri daha vacibdir.

 Bəziləri üçün pul bir vasitədir. Bəzi insanlar pulun həyatdaki vasitəsilə pul üçün yaşamağa başlayır.

 Məsələn, bəziləri kollejə qəbul olmaq, hara düşsə oranı da oxuyacam deyən insanın gələcəkdə pul üçün yaşamağı ehtimalı daha çoxdur. 

Bəziləri də kollecə bu niyyətlə daxil olsalar da 2-ci kursda fərqinə varırlar ki, bu mənlik deyil.

 Deyirlər ki, insan özünə uyğun iş tapmır, tapdığı işə uyğunlaşır. Mən o insanlardan deyiləm. Səhər 7-də evdən çıxıb, axşamın 12-də evə gəlib, ailəmə, dostlarına və ən əsası özünə vaxt ayıra bilməyib, ayın sonu da min manat maaşla yaşamaq niyyətində detiləm.

 Maaşı az olsa da sevdiyim işdə işləmək istəyən bir üsyançıyam.

 Qaldı ki, mövzumun sonundakı psixoloji testə, pulun əl çirki olmasına... O pulu da istifadə edən o insanlardır. Murdar da o insanlardır. Pul sadəcə bir güzgüdür, baxanda nə görməyin səndən asılıdır. Murdar və təmiz olması, xeyirə yoxsa şərə işlədilməsi...

Hamısı səndən asılıdır...


... dəfə oxunub
Qiymət: 8/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
5+27=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0259 saniye