Birinin taleyin yazdırır dünya!
Ramin Hüseynsoy tərəfindən "Şeir" bolməsinə 02:22 09 avqust 2015 tarixində əlavə olunmuşdur

Kiminə dərd verir,kiminə kədər, 
Amma sevinc payın gizlədir dünya. 
Yalançı yollarda sevincə doğru, 
Bədbəxtlik yolunu izlədir dünya. 

Quldarı gətirib sonda qul etdin, 
Birin şəhid edib,birin dul etdin, 
Daha saf sevgini kirli pul etdin, 
Leyli-Məcnun qəlbi sızladır dünya. 

Həyat səni ittək hürdürürsə də, 
Ağladıb gahdan da güldürürsə də, 
Birinin taleyin söndürürsə də, 
Birinin taleyin yazdırır dünya.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+5=
Hesaba giriş
Müəllif

Ramin Hüseynsoy
Haqqında
Şair,yazar,dramaturq
Əlaqə
E-mail:
ramin.huseynsoy@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0293 saniye