"Bitdi sevgimiz"
Məhəbbət ömürdə saat kimidir,
Əqrəblər durmadan gedir, dayanmır.
Həyatın qanunu budur əzəldən,
Əqrəblər dursa da ömür dayanmır.
Mənim saf eşqimə inanmadın sən,
Hər gün qəm kədərin içində azdım,
Sənə sevgimi bildirmək üçün mən,
Himalaya K+G yazdım.
Bir vaxt sevgilim idin indi düşmənim,
Səni unutmaqçün çox çəkdim əzab,
Sənsiz gecələrdə dostumdur mənim,
Bir paçqa kent 8, bir badə şərab.
Ömrümü bitirib qurtarıram mən,
Ömrümün bitməyən gecələrində.
Sənli xatirələr axtarıram mən,
Bakının qaranlıq küçələrində.
Hər an əzab verib incitdin məni,
Kədəri böyütdün ürəyimdə sən.
Dildə söyləsəmdə unutdum səni,
Sən mənim hər zaman ürəyimdəsən.
Həyat kitabında mənim vərəqimə,
Kədər qələmindən tale yazıldı.
Mən sevgi xalçası toxuyan zaman,
Xoşbəxtlik iynəsi düşüb qırıldı.
Sevgimiz uğrunda çəkərkən zülüm,
Məhhəbbət yolundan qaçardın gərəy?
Ayrılıq yelləri əsərkən gülüm,
Xoşbəxtlik şüası saçardın gərəy.
Sevib ilk baxışdan verdim ürəymi,
Alıb onu məndən təmiz apardın,
Evlənib özgəyə gəlin köçəndə,
Mənim ürəymidə cehiz apardin..
"Kimi" şeiri...
Həsrətin bitmədi, bitirdi məni,
Miqdarı elə bil sonsuzmuş kimi.
Sənsizlik içimdən didirdi məni,
Varlı bir bədəndə yoxsulmuş kimi...
İllər öncə sevirdik bir-birimizi,
Sən Leyli tək, Mən də Romeo kimi
Bilən də camaat bu sirrimizi,
Oldu xoşbəxtliyimiz bi nağıl kimi..
Bilirəm vaxt gələr, dinləyəcəksən,
Gör ki unutmamışam bir şeir kimi,
Xeyli vaxt keçsə də gəlməyəcksən,
Bil ki qəlbimdəsən bir yaddaş kimi.
Sən gedəndən şeytanla dərdləşirəm,
Deyir qışqır "sevirəm" dəli kimi,
Şeytanın sözündən özgələşirəm,
Nə edim? susuram, bir susqun kimi..
Yadıma düşür iki hərf yazardın,
Parta üzərinə sevirmiş kimi,
Mənsə öz hərfimi qaralayardım,
Gələcəyi öncədən görürmüş kimi.
Yenə sayıqlaıyram əlimdə qələm,
Bağlayaq keçmişi olmamış kimi,
Qələm yenə yazacaq kədər və qəm,
Köçsəm də dünyadan hər insan kimi....