Bitəcək sevən adamlar
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 20:55 22 dekabr 2023 tarixində əlavə olunmuşdur

Yüz üzə gülümsə, yüz ürəyə keç,

İstəsən, əhd elə, vüqara and iç

Bir əlin barmağı qədər deyil heç

Dayağa, dostluğa güvən adamlar

 

Vaxt olur, heyrətim salır məni çaş

Nədəndir, bilmirəm, nə sirsə, qardaş,

Tülküyə dost deyib, ayıya yoldaş

Təklikdən qoparır şivən adamlar

 

Bu miskin ürəklər nahaq tələsib

Ömrünü uzadır ruhundan kəsib

Ülfətdən, vəfadan almamış nəsib

Aparır özüylə kəfən adamlar

 

Sən doğru ünvanı gəz qarış-qarış,

Cəfadan ariflər qazana alqış

Oxşayıb könlünü dördəlli yapış

Bir azdan bitəcək sevən adamlar


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+15=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0253 saniye