Bitməyən bir son
Sevər Bayram tərəfindən "Hekayə" bolməsinə 23:44 01 mart 2015 tarixində əlavə olunmuşdur

Yuxudan hövlnak oyandı və nə Baş verdiyini heç cür anlaya bilmirdi. Gördüyü yuxu idi yoxsa, həqiqət?  Bu sualı düşünə-düşünə tez paltarlarını geyindi ki, işə vaxtında çata bilsin. Bir ay ərzində artıq üçüncü iş yeri idi ki, dəyişirdi. Ehtiyacı vardı..  Pula ehtiyacı vardı, amma heç bir müəssisə ona lazım olan maaşı təklif etmirdi.
Hər divarı puldan düzəlmiş labirintin içinə düşmüşdü sanki, lakin nə ordan pul götürə bilir, nə də ki, labirintdən çıxa bilirdi. Bu idi qüruruna toxunan, qəlbini sındıran. Əmisi milyoner olduğu halda o, gecə-gündüz pul qazanmaq üçün əziyyət çəkirdi..
Maşından gələn siqnal səsi onu xəyallarından ayırdı. Beş ay bundan əvvəl getdiyi həmin yolların sonunda onu universitet gözləyirdi. Hər gün universitetə getdiyi yollarla indi işə gedirdi. Təbii ki, işləmək pis bir məşğuliyyət deyil, lakin təhsilini yarımçıq qoyub işə başlaması ona pis təsir edirdi. Əziyyətlər içində boğulurdu, amma heç kim ona kömək etmək istəmirdi. Hər dəfə iş üçün hər hansısa bir müəssisəyə müraciət etsə belə ona inanmırdılar, iş vermək istəmirdilər. Kim inanar ki, o boyda böyük Sabir müəllimin qardaşı oğlu düşsün küçələrə iş axtarsın. Fikirləşirdilər ki, yəqin Rüfət onlarla zarafat edir, boş olan vaxtını bu cür "əyləncələrlə"  keçirir. Amma nə bilsinlər Rüfət hər kəsin ağız dolusu danışdığı Sabir əmisindən bir qara qəpik də görmür. Ətrafdakı insanlar onların nəslinə aşağıdan yuxarı baxır. Elə bilirlər ki, bir əlləri yağda, o biri əlləri baldadı. Amma hər şey göründüyü kimi deyil və ya olduğu kimi görünmür. Hüseynovlar nəslində ən alçaq hisslərə sahib olan tək bir insan vardı o da Sabir idi. Rüfət əmisi haqda düşündükcə ona olan nifrəti birə min artır. Əlində olsa gedib onu öldürərdi. Lakin silahdan açılan bir güllə ilə yox, xüsusi amansızlıqla öldürərdi. Amma bunu edə bilmirdi. Dünyalar qədər çox sevdiyi insan- anası buna icazə vermirdi. Çünki bu iki insanın bir birbirlərindən başqa heç kimi yoxdu. Bir adam da yox idi ki, ona güvənsin, onlara dayaq, kömək olsun. Sabirin elədiyi bu əməllər də sırf onların "yiyəsiz"  qalmalarından istifadə idi. 

Rəngbərəng, göz alıcı vitrinler,  lüks heyat.. Bunlar hamısı  Rüfətin xəyallarında gerçək olurdu. Anasının üzü gülsün deyə çox fədakarlıqlar edirdi. Bəzən gecələr evə gelmir, gecə növbəsində də işləyirdi. Lakin içindəki o nifrət, qəzəb hissi onu rahat buraxmırdı. Sabir müəllim.. Böyük insan amma şəxsiyyəti kiçik idi. Özü qədər böyük olan alçaq hissləri idi. Rüfətin atasi Samir kişi vəfat edərkən ailəsini Sabirə əmanət etmişdi. Hər kəs bilirdi ki, əslində Samir yox, Sabir ölməli idi, lakin silahdan açılan o isti atəş Samir kişiyə dəydi. Yas günü bütün qohum-eqraba, hamı Samirin bu fədakarlığından danışırdı, lakin Sabir hec ne olmamış kimi çay içir, ara bir siqaret yandırırdı. Onda Rufet balaca idi lakin görürdü, dərk edirdi. Bilirdi ki, artıq her şey əvvəlki kimi olmayacaq. Artıq həmişəki xoşbəxt aile tablosu olmayacaq..
Samirin ili çıxan kimi Sabir min bir bəhanə ilə Rüfətgili evlərindən çıxartdı. Güya söküləcək evler siyahisinda idi. Beli, ev söküldü amma yerinde SBR holdinqin binasi tikildi. Hansi ki, o binada, o şirkətdə Samirin də payı vardı. Lakin Sabir saxta sənədlərlə Rüfətgili aldadır, Samirin bütün pulu qumarda uduzduğunu deyirdi. Rüfət bütün bu olanlari indi xatirlayir kaş ki o vaxtlar nəsə edə bilərdim deyə özünü təqsirləndirirdi. Düzü Sabir Rüfətə iş təklif edirdi. Amma Rüfət qüruruna sığışdıra bilmirdi. Atasinin da payı olan bir şirkətdə adi işçi olmaq təklifin həzm edə bilmirdi. Günlər, aylar belə keçirdi. Hər gün yatarkən oyananda xoşbəxt olmaq ümidi ile yatırdı. Sabirin bir qızı vardı hansı ki, Samirin sağlığında əhd eləmişdilər ki, Ayseli Rüfətə verəcəklər. Samirin vəfatından sonra bu əhd peyman unudulurdu. Bir müddət sonra Sabir qızını Rüfətə verəcəyini xatırlatdı və sözünə əməl edəcəyini dedi amma bir şərtlə. Samirin bankda pulu vardı Rüfətin anası o pulu saxlayırdı ki, ən çətin anda ehtiyacların ödəyərlər. Bir neçə dəfə Rüfətə demişdi ki, pulu bankdan götür lakin Rufet razı olmurdu. Sabir də o pulu istəyirdi. Şərəfsizlik gözünü bağlamışdı artıq qızını da pula dəyişməyi göz önünə alırdı. Rüfət bu təklifə razı olmurdu. Pula görə yox, Ayselin qüruru alçalmasın deyə razı olmurdu. Hərçənd Ayseldə könlü vardı..Xatırlayır atası ilə keçən o günləri.. Yağışlı bir gündə gəzməyə çıxmışdılar. Samir kişi Rüfətə yağışdan sonrakı göy qurşağını göstərəcəkdi. Yağış dayandı, çox gözlədilər amma göy qurşağını görə bilmədilər. Sözün düzü Samir kişi bir az pis oldu. Çünki Rüfət böyük sevinc və həvəslə yağışın kəsməyin gözləyirdi, lakin göy qurşağını görmədi. Oğlunun bu sevinci yarim qaldığı üçün düşünürdü ki, yenə yağış yağanda onunla göy qurşağını görməyə gələrlər. Rüfət bu hadisəni kədərlə anırdı çünki bir dahakı səfər yağış yağanda artıq məhlələrində çadır qurulmuşdu ve Samir kişinin şəkli vurulmuşdu çadıra.
İndi 22 yaşı var və atasız keçən bu 12 il xoş olmayan yuxu idi sanki. O yuxu ki, bir ömür davam edecekdi..

   Rüfət qərar vermişdi artıq. Əmisinin iş təklifini qəbul edib, orda işləyəcəkdi. Çünki başqa əlacı yox idi. Atasının iş otağını ona verdilər. 11 ildir ki, bu otağa xadiməçidən başqa heç kim girmirdi. İlk dəfə idi ki, bu qaoı bir məsul şəxs tərəfindən açılırdı və bu şəxs Rüfət idi. İlk günlər bu otaqda işləmək Rüfətə çətin olurdu. Lakin rəflərin birində atasının məktubunu tapdıqdan sonra rahatlaşmışdı. Hər keçən gün daha da artıq həvəslə işə gəlirdi. Artıq bəlli bir vəzifəyə də təyin edilmişdi. Təbii ki, Sabir bunu həzm edə bilmirdi, lakin  bütün işçi kollektivi Rüfətə vəzifə verilməyin tələb edirdi. Belə olduğu halda Rüfətin aylıq məvacibi də artdı. Anasına hədiyyələr alır, onu bu keçən illərin kədərindən qurtarmağa çalışırdı..

      Rüfətin işə olan bu həvəsinin səbəbi hər kəs kimi Sabirə də maraqli idi. Rüfət isə heç kimə fikir vermədən hər gün atasının məktubunu oxuyur və işinə davam edirdi. Bir gün gizli bir nömrədən zəng gəldi. Rüfət cavab verməyə tərəddüd etdi, lakin telefonun davamlı çaldığını görəndə gələn zəngə cavab verdi:
 - Alo.
 - Atan səninlə fəxr edir. Gözlə, o tezliklə gələcək.
Rüfət nə baş verdiyin anlamadı. Axı məktubda belə yazilmamışdı. Məktubu cibindən çıxardıb yenidən oxudu:
  " Rüfət, oğlum. Bu məktubu oxuyursansa demək ki, mənim otağımdasan, o otaqda işləyirsən. Sən bu məktubu oxuyanda bəlkə də məni qinayacaqsan, heç vaxt bağışlamayacaqsan. Amma nə edim? Başqa əlacım yox idi. Sırf sən bu otaqda işləyəsən deyə, ananla xoşbəxt olasan deyə mən gizləndim bu illər ərzində. Hə oğlum düz fikirləşirsən, mən yaşayıram. Sən uşaq idin bilməzdin həmin gün, məni xəstəxanaya apardıqları gün  öldüm. Amma adım öldü mən yaşayırdım. Məndən sonra da bir xəstə gətiriblər adı, soyadı bilinmirdi. Ölən o idi mənim oğlum. Cəsədi morqdan götürəndə heç kim baxmadı. Yadimdadı, hər dəqiqəsi yadımdadı. Anan ağlayırdı, inanmırdı. Mənim öldüyümə inanmırdı. Sevimli qadınım... O hiss edirdi ölmədiyimi, lakin heç kim onu dinləmirdi. Məni bağışlamaya bilərsiz, amma sizə görə gizləndim. Məni vuran o alçaqlar tutulmayana qədər gizlənəcəm. Yox oğlum, düşünmə ki, atan qorxaqdı. Bu belə deyil. Məni vuran alçaqlar sağ olduğumu bilsəydilər yenidən ya qaraşıma ya da mənim ailəmə zərər vuracaqdılar. Əminlə aralarındakı hesəb mənim ölümümlə bağlandı. Sağ olduğumu bilsəydilər yenə zərər yetirəcəkdilər..
Oğlum.. Yadinda səninlə göy qurşağını seyr eləməyə getmişdik. Bir il sonra sən yenə gəldin ora. Məndə ordaydım. Səni qucaqlamamaq üçün özümü güclə saxlayırdım. Hə sən yıxıldın o vaxtı mən gəldim yanına, amma məni tanımadın. Əynimdəki geyim, saç-saqqal məni taninmaz hala salmışdı. Məni görüb qorxmuşdun. Ağlayaraq qaçıb getdin. Həmin gün mən də çox agladım. Oğlum məndən qorxdu deyə ağlayırdım. Qaçanda papağını yerə salmışdın. Yeddi gün sonra məzarlığa gedəcəksiniz. Yəqin ki, bu məktubu da elə o vaxt gətirib qoyacam otağa. Papağını saxlayıram ətrinlə yaşamaq üçün. Sizə qovuşmaq istəyirəm amma bu bir il ərzində o alçaqları tapa bilməyiblər. Onlar tapılan kimi gələcəm. Hə bir də unutmadan deyim. Yəqin ki, xəbərin var bank hesabimda pul var. O puldan muəyyən qədər götürmüşəm. Mənim ölüm xəbərim yayilmamış götürmüşəm. İndi məktubu oxuyursansa demək ki, bank hesabına nəzər yetirməmisən. Ananın əllərindən öp. On il də keçsə, iyirmi il də keçsə gələcəm..."
Rüfət göz yaşlarına hakim ola bilmirdi. Hər dəfə məktubu oxuyanda kövrəlirdi, lakin bu dəfə çox pis olmuşdu və bu gələn zəng onu ümidləndirmişdi. Axı telefondaki adam da dedi- o gələcək..


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+12=
Hesaba giriş
Müəllif

Sevər Bayram
Haqqında
Amatuer writer
Əlaqə
E-mail:
severbayram001@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0259 saniye