Sən məni hardasa görməmək ücün
Blok eyləmisən, kənar atmısan.
Deyim, düşün biraz,dərk elə bil ki,
Sən mənim qəlbimdə bloklanmısan.
Gözümdən düşmüşdün göz yaşı kimi,
Hansı məhəbbətdən danışırsan sən.?
Qıraqdan özünə oxşarlar ki var,
Deyəcək, haqlısan, afərin, əhsən.!
Üz-üzə gələrik nə vaxtsa birdən,
Demə tanış idi bir zaman mənlə.
Nağıl say bu günü, ya da ki yuxu,
Ömürlük bağlandı hekayəm sənlə.
Seymuru günahkar bilirsən bəlkə,
Mən sevgini dərdə tay istəmirəm.
Sevgin xəstəlikdir,vüsalın kölgə,
Cana dərman olsan pay istəmirəm.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
15.05.2017