Nə qədər dayanıqlıyıq? Özümüzdən soruşa bilirik mi bu sualı?
İnsan olaraq bizlər fərqliyik. Fərqli yaradılmışıq. Duyğu və düşüncələrimiz var. Acımasızıq çox zaman. Adətən də eqoist ... Həmişə istəyirik qarşımızdakı bizi anlasın, dinləsin, istədiklərimizi etsin, həmişə haqlı çıxaq. Mənim sözüm keçsin. Mən, mən, mən olum. Həmişə bir gözləmə içərisindəyik. Həmişə müdafiəçi... Həmişə iddiaçı...
Niyə bir addım atmaq çətin gəlir ki bizə? Niyə yanaşmaqdan qaçırıq? Qürurumuzmu incinər? Kiçikmi görünərik? Yox, heç bir yerimizə bir şeylər olmaz. Yetər ki, etmək istəyək və etmək üçün səy göstərək. Etmirik amma... İstəmirik... İşimizə gəlmir əslində...
Ətrafımda olan insanlar həmişə bir şeylərdən şikayətçidirlər. Zaman-zaman məndə elə oluram. Həll etmək əvəzinə şikayətlərimizi çoxaldırıq. Dayanıb düşünmürük, anlıq hərəkət edirik. Sinirlərimiz davamlı gərgindir. Həmişə bir təcavüzkarlıq halındayıq. Həmən dartışmağa başlayırıq. Hirsimizə məğlub oluruq çox zaman. Nə olur sonra...? kədər, acı, ağızdan çıxmış pis sözlər. Təlafisi olmayan sözcüklər.
Gülmək və əylənmək varkən niyə üzürük özümüzü?
Harada qaldı ünsiyyət? Harada qaldı tolerantlıq? Harada, harada haradadırlar? Mən həmişə soruşuram davamlı olaraq və cavabı tapa bilmirəm çox vaxt. Siz tapa bilərsinizmi?
Cavablar yox, uçuşmuş. Tutub da geri gətirsək...
Danışmadan olmur. İnsanlar danışa-danışa anlaşır,boşuna deməmiş atalarımız. Mütləq anlatmalı insan içindən keçəni. Hisslərini, duyğularını. Anladılmadan özünü necə ifadə edəcəksən ki, Susmamalıyıq. Olanlar susaraq dəyişmir ki... Qalır eləcə ortada. Artdıqca artır. Yığılmaya başlayır.
Sən deməsən, o haradan biləcək ki, içindən keçənləri, düşüncələrini, fikirlərini, səni? Danışmırıq ya da danışa bilmirik. Qaçmamalı... Qorxmamalı... Azad olmalı... Mən olmalı... Sən olmalı... Özün olmalı!
Danışmaq yormasın bizi.
Özümüzə etdiyimiz ən böyük pislik içimizə qapanmaq və küsməkdir.
Çox vaxt susmağı üstün tuturuq və beləliklə, kürəyimizə daha çox yük alırıq. Daşıyamayacağımız vəziyyətdə qaldığımızda da partlama nöqtəsinə gəlib, bir uçuruma doğru gedirik. Sonrası bommmm... İçimizdəkiləri qusmağa başlayırıq bir-bir. Belə idi, belə oldu. Sən bunu etdin. Mən bunu etdim. Günahlandırmalar, müzakirələr, döyüşlər, söyüşlər və küslük ...
Xoşbəxtlik də, bədbəxtlikdə iki dodağın arasındadır. Oradan çıxan hərflər bir çox vəziyyəti təyin edir, əslində. Ön söz olur bizə.
Anam hər zaman mənə "yeddi dəfə düşün, bir dəfə danış" deyə söyləyər. Anamın bu sözü həmişə qulağımdadır mənim. Danışarkən çox diqqət edirəm. Qarşımdakını qırmamağa, üzməməyə çalışaram. Hər kəs qiymətlidir, mənim nəzdimdə. Geri dönüşü olmayan sözlərdən çəkinməyə çalışaraq danışaram.
Bizlərin pis olduğunu düşünürəm. Hirslərimiz, duyğularımız bizə pis şeylər etdirir və intiqam almağa yönəldir. Beyin dərhal pis planlar etməyə başlayır. Davamlı olaraq hesab soruşuruq. Özümüzü müdafiə edirik. Güçlü olmaq, üstə çıxmaq istəyirik hər fürsətdə. İçimizdən yayılan gizli güc yuxarılara dırmanmağa başlayır və bir baxırıq ki, onun əsiriyik. Həbs olmuşuq və o şəkildə yaşamağa alışmağa başlamışıq.
Hesab sormadan olmaz mı?
Mən inancımızı itirməməyimiz gərəkdiyinə inanıram. İnsani duyğularımızı buraxmayaq. Yaxşılıq və xoşgörüş həmişə içimizdə olsun. Yardımlaşaq və paylaşaq. Ən azından, bir-birimizi anlamaq üçün səy göstərək. Ən əhəmiyyətlisi, dinləyərək qarşımızdakına dəyər verək.
Pis olmaq çox asandır, önəmli olan, yaxşı olmaq və yaxşı qala bilməkdir...
Əsən qalın...
Aysel Abdullazadə...