BİZ TÜRKÜN TANRISINDAN KÖMƏK İSTƏYİRİK
Rizvan Fikrətoğlu tərəfindən "Elmi məqalə" bolməsinə 21:24 23 noyabr 2016 tarixində əlavə olunmuşdur

Zaman ötür... Bütün isimlər dəyişir. Daha çox pisliklərdən izlər qalır. Elə izlər ki, nə qədər ot-ələf üstünü örtsə də itmir. Adəmoğlu elə durumdadır ki, yaxşılığı gec başa düşür, lakin tez, çox tez yaddan çıxarır. Süzgəcində yaxşılıqlar yox olub gedir, rahatca süzülür, ancaq pisliklər ilişib qalır. Yaxşılıq etməyi bacara bilmədiyi halda riyakarlığından da əl çəkmir İNSANOĞLU.

         Bunun başqa yolu yoxdur – yaxşılıq və pislik, doğru və yalan, hörmət və riyakarlıq, həmçinin bu kimi əməllər keçmişdə də olub, indi də var, gələcəkdə də olacaq. Olmaması mümkün deyil. Həyat insanlar kimi deyil ki, yazdığı qanunları kağız üzərində saxlaya, dilində qala, hökmünü reallaşdırmaya.

         Əgər həyatın qanun və qaydaları həyata keçməsə hər şey adiləşər, heç olar, robortlaşar, mənasını itirərər, yaşamağın əhəmiyyəti qalmaz, nəfəs almağa dəyməz. Çünki, insanoğlu pisliklərdən dərs alır, riyakarlardan öyrənir, yalançılardan ibrət götürür... O mənada yox ki, riyakarlardan riyakarlığı, yalançıdan yalan danışmağı... öyrənək. Yox, bu heç də o mənaya (o nəticəyə, o anlama) gəlmir. Biz təhlil edirik, analiz aparırıq, müqayisəli şəkildə yanaşırıq, düşünürük, qavrayırıq, aydınlaşdırırıq, başa düşürük... Və son nəticəyə gəlir, qəti qərar qəbul edirik. Doğrudanmı bu sadaladıqlarımı bacarırıq? Bacarırıqsa böyük adamlarıq...

         Yalançı – bu qəbilənin sakinlərinə güvənilmir, etibar edilmir... Bu tip insanlar tez yaxalanır, lənətlənir, pislənir... Kim istəyər ki, ona kimsə güvənməsin, etibar edilməsin, lənətlənsin, pislənsin...? Heç kim – Bizim “canından bezimişlər”lə, əqli xəstələrlə işimiz yoxdur.

                  Mehribançılıq anlayışı bizdən yaddır, bu anlayışı qəbul edə bilmirik. Adi günlərdə, normal hallarda bir-birinə “salam” belə verməyənlər, düşmən olanlar, çətin, çıxılmaz durmda necə də mehribanlaşırlar!... Bu bir növ sağlığında dəyər verilməyən, lakin öləndən sonra dəyərləşən, qiyməti baha olan insana bənzəyir. Lazım deyil elə mehribanlıq, elə canfəşanlıq. Acından ölən və öldükdən sonra yasında “geni-boluna” naz-nemətlə bəzədilən süfrə, verilən ehsan öləni cənnətə aparmayacaq.

         Biz paylaşmaq istəmirik və yaxud bacarmırıq. Axı mütləq deyil biz borcu bizə verənə qaytaraq!... Müəllim mənə öyrədirsə, mən də sizə öyrətməliyəm, siz də onlara öyrədin. Mən sizə yaxşılıq edirəmsə, siz də onlara – başqalarına yaxşılıq edin.

         Biz xəstəyik. Bizim bütün hərəkətlərimizdə xəstəlik var, psixologiyamız pozulub. Özümüzdə deyilik. Dostumuzla düşmənimizi tanımırıq. Dostumuzu düşmən, düşmənimizi dostumuz sanırıq. Sevmək, sevilmək, istək... və bu kimi bağlar çürüyür, qırılır... Adi bir nəvazişi, xoş durumu, sayğı və hörməti... səhv anlayır, “ sevgi” sanırıq.

Yadlaşırıq, unuduruq, unuduluruq, unutdururuq... Sonda çardaq öz başımızda çartlayır.  Bacı qardaşından ehtiyyat etdiyi tarixin kuliminasiya səhifələrindəyik. Özgələrə “can” deyirik. Özgədən özümüzə “qardaş” tuturuq. Öz qardaşımızı bəyənmirik, sanki eyni qarından çıxmamışıq. Bir evdə iki qazan qaynadırıq.

Elə bilirsiniz quşlar xoşbəxtdir? Onlar zirvələrdə, bizdən çox-çox yüksəklikdə olmaqla, uçmaqla hər şey qazanırlar?  İnanın, quşalar da ən azı bizim onlara arzu apardığımız qədər bizə arzu aparırlar. Bizim kimi uçmamağı istəyirlər. Quşlar uçmağın necə olduğunu yaxşı bilirlər. Hər kəs ANAsızlığın necə də çətin olmasını təsəvvür edə bilər, ancaq ANAsızlığın necə də çətin olmasını ANAsız olan bilər. Bəli, quşlar da uçmağın necə çətin olmasını insanoğlundan yaxşı bilir. Biz onlar qədər bunu bilmərik.

Bəlkə də istəsə bütün insanoğlu yaza bilər. Məsləhət verməyə nə var ki? “Gəlişi-gözəl” sözlər yaratmat nə qədər çətindir ki? İfadələr, fikirlər o vaxt gözəl, o vaxt mənalı, o vaxt dolu olar ki, onlara əməl edilsin.

Adi bir söz, bir ifadə, bir təbəssüm, hətta bir gülüş belə kimisə pis yoldan çəkindirər – həyatını dəyişə bilər. Əsas odur ki, danışmağı, gülməyi... bacaraq. Bu nə qədər çətindir ki?!

Ən böyük günahımız TƏNBƏLLİYİMİZDİR... Bu günahımızdan ən böyük “xeyir” məhz elə özümüzə gəlir. Ən pisi odur ki, hədəfimizə çatmağımıza az məsafələr, qısa zaman qalarkən yayınırıq, arzu və istəklərimizi adi, cılız... nəyəsə görə boğuruq, məqsədimizdən üz döndəririk. Bu azmış kimi, çox vaxt əlimizə düşən fürsətləri dəyəndirmirik, axtardığımız əlimizin içindəykən buraxırıq.

Biz qadağaları sevirik, “olmaz”lara can atırıq. Başımız nə qədər daşdan daşa dəysə də nəticə çıxarmırıq. Buna uşaq yaşlarından öyrəşmişiq. Tək günahkar bizik? Valideynlərimiz, qohumlarımız biz uşaq olarkən, ağlımız kəsən anlardan bizi qadağalardan çəkindirsəydi, bəlkə bu qədər də “olmaz”ları sevməz, qadağalara qaçmazdıq. Bizə qeyri-ciddi şəkildə “Bax yalan olmaz aaaaaaaaaaa, heç vaxt yalan danışma” – deyib və az sonra gələn qonağa “atam evdə yoxdur” deməyi məcbur elətdirən valideynlərimiz indi azğın olduğumuz üçün bizi qınayır. İndi nəsihət verməyin yeri yoxdur, gecikmisiniz. Biz gördüklərimizə inanmışıq, gördüklərimizi uşaq beyinimiz ilə dərk etmişik. Gəncliyimiz sağlam deyil, çünki uşaqlığımız çürük olub. İnanın, süqut etdirdiyiniz uşaqlığımız nə bizi, nə də sizi bağışlamayacaq!...

Qismət, şans, bəxt və bu kimi uydurulan anlayışlara inanıb bayraq etdik. Oxumayib imtahana girən abituriyentin uğuz qazanmamağı məsələnin bəlli tərəfidir. O isə “qismətim deyilmiş, bəxtim gətirmədi, şanssızam...” kimi ifadələr işlədəndə bəzən haqq qazandırdıq.

Nəyisə ya ucuzlaşdırdıq, ya da bahalaşdırdıq. Bunlardan ən əhəmiyyətlisi insanlığımız idi. Onun da dəyəri bir dəstə göyərtiyə gəlib endi. “Qorxuram dünyada bir zaman gələ, İnsanlar yaşaya, insanlıq ölə” – demişdi Bəxtiyar Vahabzadə. Allah sənə rəhmət eləsin, elə o zamandayıq, Şair.

Fala, caduya və bu kimi şeytani əməllərə inanıb addım atdıq. Qaçanda da, qovanda da, yaxşılıq edəndə də, pislik edəndə də... Allahı çağırdık, ondan kömək istədik. Tanrını dar məqamda yadımıza saldıq, yaratdıqlarından əlimiz üzülənda onun ətəyindən yapışdıq. Yaxşı halımızda Yardan yadımıza düşmədi. Allahdan hər şey istədik, verməyəndə mövcudluğuna şübhə etdik, olmadığına ya inandıq, ya da inandırdılar. Sən Tanrı üçün nə etmisən, nəsə istəyəsən? Heç nə etməmişik. Müftə qazanc gəzirik.

Adəmoğlu – bilmirəm, nə istəyir Ərəbin Allahından!? Ərəb millətinin davranışlarına görə Allahı təyin edir, insanoğlu. Ərəblər ən murdar insanlardan təşkil olunmasaydı heç Quran ərəb dilində nazil olardımı? Insanlar niyə özlərini görə bilmir, dəyişdiyini, nəsil-əcabətindən döndüyünü, unutduğunu və unudulduğunu...anlaya bilmir? Aynalar  bu qədər kirlənib ki? “İnsanlar çox dəyişdilər,daha heç vaxt əvvəl olduqları kimi olmayacaqlar. Bəs onnlar Tanrıdan niyə həmişəki Tanrı olmağı istəyirlər?” (Sevinc El Sevər – “Falçı” romanından)

Biz bizə məsləhət verənlərin, yol göstərənlərin məsləhətlərinə, göstərdiyi yollara yox, onların öz əməllərinə, özlərinin getdiyi yola baxıb nəticə çıxardıq, elə ibrət götürdük. Çünki inamsızlıq bizim qanımızdadır. “Dediyi məsləhət faydalıdırsa, göstərdiyi yol uğurludursa... bəs niyə özü bu gündədir, niyə bu məsləhətlərdən özü faydalanmır, doğru yola getmir?!...” düşündük. Biz Yaradanı dildə sevirik. Bizdə Tanrı sevgisi var, lakin onun əmrlərini yerinə yetirməyəcək qədər Allahı sevirik. Nəsə iş görürüksə şöhrət, ad... xatirinə edirik. Məşhurlaşmaq adı ilə yola çıxırıq. Əksəriyyət “Hacı” adını qazanmaq naminə Həccə getmirmi?

Gerçəkdən də uçrumun lap dərinliyindəyik. Ərəbin Allahı bizi unudub, BİZ TÜRKÜN TANRISINDAN KÖMƏK İSTƏYİRİK...


... dəfə oxunub
Qiymət: 6/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+23=
Hesaba giriş
Müəllif

Rizvan Fikrətoğlu
Haqqında
Abişov Rizvan Fikrət oğlu 15.09.1996-cı ildə Yardımlı rayonunun Ərsilə kəndində dünyaya göz açmışdır. 2014-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Hazırda BDU-nun II kurs tələbəsidir. Bir çox şeirlər, məqalələr, hekayələr və s. müəllifidir.
Əlaqə
Tel.:
0513461438 və 0708823655
E-mail:
rizvanyardimli@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0294 saniye