Bizim Hekayəmiz…
Öncə düşündüm yazım ya yox, bəlkə biriləri bilir əsl sevgini
Çox səsləndim, daha yoruldum, xəbər üçün göndərdim küləyi
Qapıları döyüldü, əsl simaları göründü, yenə gəlmədi heç biri
Tək biri çıxdı həyat pəncərəmdən ve eşit sənə nələr dedi :
Qəlbimi yandırır həsrətin ,doğmaz artıq ruhumun günəşi
Acılarla, əzablarla yoğrulduq, bizim daddığımız əsl sevgi
İnan ki o da bir incidir , artıq unuda bilmirəm səni
Gülüşünü, mənə olan baxışını, saçlarının ətirini
Bəzən sərt görünüb, arxasınca səni sevirəm deyişini
Əllərini, gözlərini, elə o ümidlər tapdığım gözlərini
Daha yaşlandım mələyim, gördüm əsl sevginin rəngini
Verdiyin sozleri tutmadin , deyisdin nifret aldı sevginin yerini
Sözlər danışdın, məhv etdin ümid tapdığım gözlərini
Sıxıldım biraz, yalanmış bütün həyat – deyəndə biri
Bəlkə də unudubsan özü kasıb ancaq ürəyi varlı bu köləni
Mən olmuşam tarix, yoxsa saatımın dayanıb əqrəbi
Zamana buraxaq dedin, taleyin çarxı fırlandı mən tapmadım səni
Qayıtdım sənlə ilk başladıgım yerə, həyat deyilən düyünlərə
Bilirdin necə xoşbəxt idik, söz deyilə bilməz o günlərə
Mən həyatda yalnız bir dəfə yaşadım
Sən olmaz dedin, getdin, məni yaşlatdın
Bu gözlər sənlə güldü, indi isə yaşlar axıtdın
Gündüzlərdən qaçıb məni gecələrə dost elədin
Təklikdən mənə xeyir gəlməz əvvəlcə bunu dərk etdim
Yenə və yenə yenidən başlamaq olar, men keçmişi sildim
Hər zaman axtardığımız ümidləri son dayanacağında tapdım
Bu verdiyin həyat parçalarını bügün qəlbimdə tamamladım
Dəqiqələr qovur saatları, daha vaxtdır bəlkə … Ya da unut
Otağımda çalır bizim mahnımız, hər tərəf sakitlik , süküt
Səmalar dumanlı, ay işığında görünür qırmızı bulud
İnan ki, bizim ruhlarımız birləşib tam bir vücud
Sevginin dadını hiss edirəm, üzümə düşür günəşin şəfəqləri
Səni sevirəm mələyim, sənə aid həyatımın hər saniyəsi…
Sufi