Bölüm 1. Uyğunsuz Təklif
Uraqan tərəfindən "Audio kitab" bolməsinə 19:36 08 iyun 2020 tarixində əlavə olunmuşdur

Qəfəsdəki Məhbuslar

 

Bölüm 1. Uyğunsuz Təklif

Hər şey 151-ci dustağın həmin həbsxanaya gəlməsindən sonra başladı. Bu dustağı digərlərindən fərqləndirən isə oxumuş və ziyalı adam olmasıydı. 151-ci dustaq müəllim olduğundan digər dustaqların heç birinə bənzəmirdi. Onun nəyə görə bu həbsxanaya göndərildiyini dəqiq heç kim bilmirdi. Deyilənlərə görə şərlənərək həbsə göndərilmişdi. Hündür boy, uzun saç, səliqəli saqqalı olan müəllimin adı Henri Karter idi. Karteri tanımayan hər kəs, ilk görünüşdəcə onu müəllimə bənzətməzdi. Diqqətlə baxdığın zaman gözlərindəki yorğunluğunu hiss etmək olardı.

Qaydaları heç zaman sevməz, düşdüyü hər yerin qanunlarını öz düşüncəsinə əsasən dəyişməyi sevdiyini hərəkətlərindən anlamaq olurdu. Çox zaman bu qaydalar ona baha başa gəmişdi. Ola bilsin, hər ideya öz-özlüyündə müəyyən qurban tələb edirdi. Təəssüf ki, sonuncu ideyasının ən böyük qurbanı da özü olmuşdu.

Onun nəyə görə bura göndərildiyini hələ deməyəcəm. Bunun səbəbini öz dilindən eşitmək daha xoş olar.

Məhkəmə zalından əlinə qandal vurulmuş halda çıxdı        

Məhkəmə zalından əlinə qandal vurulmuş halda çıxdı. Yaxşı bilirdi ki, onu, haqqında danışdığım İP-918 (İnternational Parasites) həbsxanasına göndərəcəklər. Lakin bu həbsxananın harada olması barədə heç bir məlumatı yox idi. Tək bildiyi bu həbsxananın heç kimə agah olmayan yerdə yerləşməsiydi. Axı ona kim deyə bilərdi ki, onu hara yola salırlar. Hətta bu haqda onu yola salan zabitlərin də bir məlumatı yox idi. Zabitlərə tapşırılan tək şey isə məhbusu sahilə qədər gətirib sağ-salamat çatdırmaqdır. Buradan sonrasında isə onu həbsxana rəhbərliyi qarşılayacaqdı.

Henri Karteri gətirib həbsxana nəzarətçilərinə təhvil verdikdə iki nəfər nəzarətçi geyimi geyinmiş şəxs sakitcə zabitlərlə salamlaşıb məhbusu təhvil aldılar. Tapşırıq tamamlandığından zabitlər öz avtomobillərinə yaxınlaşaraq maşını işə salıb oradan uzaqlaşdılar. Henri Karter nəzarətçilərlə birlikdə addımladıqca havanı ciyərlərinə çəkirdi. Ola bilsin, bu onun sonuncu dəfə təmiz havanı qoxlamasıydı. Özü də bilmirdi, bir daha nə vaxt təmiz havaya çıxa biləcək. Addımlar onları dəniz limanına çıxaranda buradakı böyük tankerləri, gəmiləri və çoxlu sayda qayıqları görmək olurdı. Karter hələ də nə olduğunu anlaya bilməmişdi.

- Buradan sonrasını isə gözü bağlı gedəcəyik - nəzarətçi əlavə söz demədən Karterin gözlərinin bağlanmasına işarə etdi. Digər nəzarətçi daha da yaxına gələrək cibindən qara lent çıxarıb Karterin gözlərini bağladı.

Gözləri bağlı halda yerimək çətin olduğundan nəzarətçilər onun qollarından bərk-bərk yapışmışdılar. Ayağının altındakı dəmir pilləkəni hiss etdiyi zaman katerə mindiyini anladı. Çox keçmədən aşağı düşərək otaqlardan birinə salındı. Açar səsləri, açılan dəmir qapının taqqıltısı hər birini hiss etmək mümkün olurdu.

Nəzarətçilər Karterə oturmaq üçün kömək etdilər. Edilən köməkdən sonra axır ki, oturmağı bacarmışdı. Gözləri görməsə də səsləri eşidə bilirdi. Nəzarətçilər qapını bağlayanda cıyıltı səsini eşitdi. Cıyıltı səsi taqqıltı səsiylə əvəz olunanda, bu səslərə açarın səsi də əlavə olundu. Qapının kilidlə bağlandığını anlamaq olurdu.

Görəsən nəyə görə onun gözlərini bağlamışdılar? Axı nəyi görməməli idi? Əlini atıb gözlərini açmaq istəyərkən qarşısında kiminsə qışqırtısını eşitdi:

- Gözlərini açmaq olmaz! - Naməlum səs eşidildi.

- Nəyə görə? - Karter əlini gözlərindən çəkərək soruşdu

- Nəyə görə? - Karter əlini gözlərindən çəkərək soruşdu.

- Çünki, hara gedəcəyimizi görməməlisən!

- Başa düşürəm birdən geri qayıtmaq istəyərəm.

- İstəsən də geri qayıda bilmərsən.

- Yəni bu qədər çətindir? - Karter təəccübləndi.

- Mümkünsüzdür! - Qarşısında oturan şəxs cavab verdi.

- Mümkünsüz sadəcə onu edənə qədərdir.

- Baxıram ki, ağlı başında olan bir adama bənzəyirsən. Çox qəribədir.

- Nədir qəribə olan?

- Adətən sənin kimi dustaqları bizim həbsxanamıza yollamırlar. Bəs səni nəyə görə bura göndərdilər?

- Onu məhkəmədəki hakimdən soruşun.

- Bəlli ki, bundan öncəki həyatında çox müəmmalı bir həyat yaşamısan. Sənin törətdiyin cinayət nədir?

- Bildiyim qədəri ilə, həbsxananıza göndərilən bütün dustaqlar haqqında əlinizdə məlumatlar olur. Ora baxaraq anlaya bilərsiniz.

- Bizim də bilmədiyimiz şeylər var. Qəribəsi də odur ki, kimin ayağını tapdalamısan ki, səni bütün cəmiyyətdən uzaqlaşdıraraq bura sürgün ediblər.

Karter heç nə demədi. Görəsən kimin ayağını tapdalamışdı ki, onu bu həbsxanaya yollamışdılar. Hara getdiyinə dair əlində heç bir məlumat yox idi. Tək bildiyi bu yerin adının İP-918 olmasıydı. Bunun bir açıqlaması varmı, əgər varsa mənası nədir?

Heç nəyi bilmirdi. Öyrənmək üçün tələsmirdi. Bəlkə bu sualın cavabını tapa biləcəkdi. Ancaq indiki vəziyyətdə ən yaxşı seçim susmağı idi.

Hardasa iki saat yol getdilər. Bu vaxt ərzində heç biri əlavə bir kəlmə də kəsmədi. Karter yaxşı bilirdi ki, mənasız suallarla qarşısındakını bezdirməkdənsə biraz səbr edərək hər şeyi öyrənsə daha yaxşıdır. Hər insanda olduğu kimi onun da səbri tarıma çəkilirdi. Bəzən üşüdüyünü hiss edirdi, bəzən isə hava çox isti olurdu. Yəqinki bunun mindikləri katerin sürətiylə bir əlaqəsi vardı. Səslər eşitməyə başlayanda gəldikləri yerə çatdıqlarını anladı. Qarşısında oturan adam ayağa durub Karterin qalxması üçün kömək etdi. Qəfəsin qapısını açdı və birlikdə oradan çıxdılar. Otaqdan çölə çıxdıqları zaman üzünə düşən günəş şüalarını hiss etdi. Çox yeriməmişdi ki, yanında dayanan adam onun qolundan tutub dayanmasını əmr etdi.

- Nəyə görə hələ də gözlərini bağlamısız? Aça bilərsiniz - Qarşıdan gələn səsi eşitdi. Karterin yanında dayanan adam əliylə qara lenti onun gözündən dartıb çıxartdı. Günəş şüaları bir neçə saniyəlik gözlərini qamaşdırsa da, özünə gəlməyi çox çəkmədi. Önündə dayanan adam nəzarətçi paltarı geyinməmişdi.

Əynində göy rəngli bahalı pencək vardı        

Əynində göy rəngli bahalı pencək vardı. Qarşısında dayanıb gözlərinin açılması üçün əmr edən adamın həbsxana müdiri olduğunu anlamaq çətin olmadı. Müdir təxmini əlli yaşlarında olsa da zövqlü geyimi ilə hər kəsdən seçilirdi. İlk baxışdan necə bir insan olduğunu anlamaq çətin idi. Kilosu artıq olduğundan yeyib yatan bir insan görüntüsü də bəxş edirdi. Üzündəki qırışlar insana o qədər də xoş təsir bağışlamasa da aristokrat görüntüsünü heç də azaltmırdı. Bu qırışlar onun bura heç də rahat yollarla gəlmədiyinə işarə verirdi. Dediyim kimi üz cizgiləri bədən ölçüləri ilə ziddiyyət təşkil etdiyindən onun necə bir insan olduğunu demək heç də asan deyildi. Səliqəli geyinmiş bu adam əsl aristokrat görüntüsü bəxş edirdi.

- Xoş gördük, cənab Karter - deyərək onunla salamlaşdı. Karterin əhval ruhiyyəsi yerində olmadığından laqeydcəsinə başını yellədi. Müdir təkrar sözünə davam etdi:

- Uzun yol gəlmisiniz. Yəqinki çox yorğunsunuz. Buyurun, mənim otağıma gəlin. Sizinlə bir məsələ haqqında danışmaq istəyirəm. Mən bu həbsxananın müdiriyəm. Adım Duqlas Martel - bunu deyib müdirin otağına doğru addımladılar.

Henri Karter gəzdikcə ətrafına yaxşı-yaxşı baxırdı. Bu əsl tanker idi. Ancaq deyildiyi kimi bir təəssürat yaratmırdı. Görüntü etibarilə böyük yük tankerinə bənzəyirdi. Hətta sola baxdığı zaman helikopterlər üçün dayanacaq belə vardı. Yəqinki bura gələn helikopterlər vasitəsilə lazım olan qidalar, eləcə də digər alət və ləvazimatlar gətirilirdi. Helikopter dayanacağının arxasında böyük taxta qutular qoyulmuşdu. Onların içində nələrin olduğu Karterə məlum deyildi. O, addımladıqca gözlərinin önündə keçmiş canlanırdı. İndi isə keçmişi yadına salmaq istəmirdi. Doğruluq, ədalət və bərabərlik tamam başqa məvhumlar idi. Bir insanın haqqı axtarmağı heç də həmişə ədalətlə nəticələnməz. Bəzən haqqı tapdığın zaman, ədalətsiz bir qərarla üz-üzə qalar, bəzən də ədalətli olsun deyə hansısa haqsız qərarı verə bilərdin.

Henri Karter bunları düşünərək müdir ilə pilləkənlərə tərəf addımladı. Tankerin yuxarı səthindən içəriyə daxil olmaq üçün pilləkənlər salınmışdı. Pilləkənin sonundaysa onların qarşısında bir qapı vardı. Müdir açarla qapını açaraq əvvəlcə Karterin keçməsi üçün işarə etdi. İçəri keçdikdən sonra bahalı kostyum geyinmiş nəzarətçi qapını bağladı. Maraqlıdır nəyə görə heç bir qəfəs görsənmir? Əgər bu bir həbsxana məhbusları üçün dusdaqxana olsaydı, buranın məhbuslarını da görmək olardı. Öyrənməyin bir yolu vardı. Karter səbr etməli və gözləməliydi.

Addımlar qapıdan uzaqlaşdıqca işıqlar biraz da azalmağa başlayırdı. Ancaq qaranlıq deyildi.

Qaranlıq sadəcə işığın olmamasıdır. Buralarda isə, işıq az da olsa yanırdı. Yəqin ki, elektrikə qənaət etmək üçün idi. Qarşılarına çıxan döngədən sonra dəhliz çox ensizləşmişdi. Dəhliz nə qədər dar olsa da qapılar bir o qədər çox idi. Dəhlizin sonuna çatdıqları zaman yerlərində dayandılar. Kostyum geyinmiş nəzarətçi növbəti qapını açdığı zaman müdir ilə Karter içəri daxil oldu. Amma nə üçünsə nəzarətçi otağa keçmədi və arxalarınca qapını örtdü. Daxil olduqları zaman buranın bir ofis olduğunu anladı. Bəli, bura müdirin ofisiydi. Müdirin kreslosunun arxasında sadəcə dairəvi pəncərə vardı. Sanki bir akvarium idi. Bütün okeanı izləyə biləcəyi bir akvarium onun ən böyük maraqlarından biriydi. Masanın üstündə olan ləvazimatların hər biri səliqə ilə düzülmüşdü. Tankerin dəhlizlərindən fərqli olaraq bu otaq çox işıqlıydı. Ətir qoxusu saçan ofisə baxdığın zaman buranın bir həbsxanaya aid olduğunu demək olmazdı.

- Buyurun əyləşin. - Duqlas Martel əliylə kreslonu göstərərək bildirdi.

Karter heç nə demədən stola əyləşdi. Müdir dərindən nəfəs aldı. Masanın üzərində olan sənədlərə baxıb sözünə davam etdi:

- Hər şeydən əvvəl onu deməliyəm ki, haqqınızda çox şey eşitmişəm. Əlimdə tutduğum sənədlərdə bu günə qədər etdiyiniz bütün cinayət işləri var. Ona görə də sizin bura necə gəldiyinizi soruşmağa ehtiyac yoxdu. Sözü çox uzatmadan sizi niyə bura dəvət etdiyimi deyim. Çox acınacaqlı bir həyat yaşamısınız. Ancaq deməliyəm ki, burada hər gün, hər saniyə o haqqsızlıq olur. Ancaq ona siz müdaxilə edə bilməzsiniz. Əgər belə bir şeylərin olmamasını istəyirsinizsə mənə kömək etməlisiniz. Beləcə mən də sizə kömək edə bilərəm. Daha rahat yaşaya bilərsiniz.

- Çox sağolun.

- Sizi bura nəyə görə dəvət etdiyimi bilirsinizmi? Heç bir məhbusu bu otağa gətirməmişəm.

- Xeyr, bilmirəm.

- Əvvəlcə qısa olaraq deməliyəm ki, burada gördüklərinizi heç bir yerdə danışa bilməyəcəksiniz. Bəlkə nə vaxtsa bir kitab yazıldı bu haqda, amma burada nələr olduğunu yenə də heç kim bilməyəcək. Ancaq mən hər şeyi bilməliyəm. Kimin nə etdiyini, hansı oyunlar oynanıldığını. Sizə bu həbsxanada hər şey çox çətin olacaq. Elə bilirsiz onlar sizi qəbul edəcəklər? Başınıza gələcəklərdən qorxun. Amma bunu rahatlaşdırmağın bir yolu var. Rahat həyat yaşaya bilərsiniz. Heç kim də sizə toxuna bilməz. İstəməzdim ki, sizə kimsə toxunsun. Toxunulan insanların axırı heç də yaxşı olmur. Kişi kimi gəldikləri yerdə, nə isə, - Duqlas Martel dodağının altında gülümsədi.

- Nə demək istəyirsiz? - Karter başa düşmədi.

- Özünüzə yazığınız gəlsin. Burada rahat yaşamağın iki yolu var. Ya güclü olmalısınız, ya da ki, mənə kömək etməlisiniz.

- Nə köməyi?

- Hər şeyi bilməyim üçün kömək. Bütün olan bitənləri ən xırda detallarına kimi. Bacardığınız qədər hər şeydən məlumatlı olmalısınız. Məncə, rahat yaşamaq hər kəsin aruzusudur. Nə deyirsiniz?

Karter heç nə demədi. Ya qəbul etməli, ya da etməməliydi. Əgər etməyəcəkdisə, məsələ dustaqların münasibətində deyildi. Məsələ həbsxana nəzarətçilərinin ona qarşı rəftarında olacaqdı. Amma o da bir dustaq idi və bu zaman ona heç kim, məhbuslar arasında hörmət qoymayacaqdı. 3-cü seçimi seçməsi ən yaxşı-sıydı. Karter susdu və heç nə demədi.

- Qərar verməyiniz üçün sizi rahat kameralara keçirməliyəm. Amma siz bizə içərdə lazımsınız. Ən sərt məhbusların içində. Ancaq inanın mənə hər şey sizin üçün çox yaxşı olacaq, - Bunu dedi və kostyum geyinmiş nəzarətçini çağırdı, - Hey, Cefri, Cənab Karteri öz kamerasına aparın!

Karter qalxıb Cefrinin yanına getmək istəyərkən Duqlas Martel yenidən dilləndi:

- Bu arada, cənab Karter, təəssüf ki, Bir daha sizə cənab Karter deyə bilməyəcəyəm. Heç bir dustağın yanında sizi bu cür çağıra bilmərəm.

Karter başıyla qəbul etdiyini bildirib üzünü çevirərək otaqdan çıxdı. Deməli kostyum geyinmiş nəzarətçinin adı Cefridir. Ancaq onunla daha bir kəlmə belə kəsmək istəmirdi. Gəldikləri qaranlıq dəhlizlərlə bir daha geri qayıtdılar. Ancaq pilləkənlər olan qapıya tərəf addımlamadılar. Keçidin qapısına çatdıqda Cefri dayanıb kameraya işarə etdikdən sonra qapılar açıldı.

Cefri barmağıyla toxunduqdan sonra keçid açıldı. Bununla da izdihamın səsi eşidildi.

*****

Hər tərəfdən uğultu səsləri gəlirdi. Dəhliz enli və çox hündür olduğunda qarşı-qarşıya 3 mərtəbə hündürlüyündə üst-üstə düzülmüş qəfəsləri görmək olardı. Mərtəbələrə qalxmaq üçün xüsusi dəmir pilləkənlər qoyulmuşdu. Hər mərtəbənin özünün növbə ilə dəyişən nəzarətçisi vardı.

Məhbuslar hər qəfəsdə 2 nəfər olmaqla bölünərək yaşayırdı. Sadəcə bir neçə qəfəsə baxılan zaman, orada yalnız qalan məhkumları görmək olardı.

 Sadəcə bir neçə qəfəsə baxılan zaman, orada yalnız qalan məhkumları görmək olardı        

Karter tək qalan məhbuslardan birinə baxdı. Hündür boylu, arıq adamın vahiməli görünüşü vardı. Bəlkə də ona vahimə verən üzündəki çapıqlarıydı. Əsl Frenkşteynə oxşayırdı. Tək başına qəfəsə salınmış bu adam Karterə yaxşı-yaxşı baxmaq üçün biraz qabağa gələrək dəmir barmaqlıqlara toxundu. Cefri ilə birlikdə Karter bütün qəfəslərdəki məhbuslara baxa-baxa addımlayaraq gəlib 1-ci mərtəbədə yerləşən qəfəslərdən birinə çatdı.

İçəri diqqətləbaxdığı zaman foksyor papağı geyinmiş bir adam gördü.Cefri qapını açıb Karteri içəri buraxdı. Qəribə şlyapalı adama heç bir söz demədənkeçib öz yatağında oturdu. İkisi də bir-birinə baxmağa başlamışdı. O qədər dəhündür olmayan, lakin təmiz üzlü, burma bığları olan adamın çənəsi uzunsov görsənirdi.Qəhvəyi gözləri, nazik qaşları vardı. İşıq düşən zaman qara saçlarının ağarmış hissələrinigörmək olardı. Alnından soyuq tər axdığını hiss etmişdi.

 Alnından soyuq tər axdığını hiss etmişdi        

Deyəsən onu həyəcan basırdı. Buna rəğmən bütün cəsarətini toplayıb qarşısındakı adamdan ağlındakı sualları soruşdu:

– Bu həbsxanada hər kəs belə qəribədir?

– Nə mənada? – Şlyapalı adam soruşdu.

– Bu yer, həbsxana deyil. Hər kəsin fərqli dəsti xətti, hərənin özünə məxsusluğu var. Fərqli geyimdə, heç kim bir-birinə oxşamır.

– Səni çox gözəl başa düşürəm. Öz-özünə "hara düşmüşəm", deyirsən. Əvvəllər mən də beləydim, bu sualı özümə çox verərdim. Amma zaman keçdikcə buna uyğunlaşmağa başladım.

– İnsan qaçınılmaz şeylərlə barışmalıdır. Əks təqdirdə bu, onun sonuna səbəb olar.

– Əgər qaça bilməyəcəyimiz şeylərlə barışmalıyıqsa nəyə görə həyatda addımlamağa davam edirik?

– Əlbət addımlamağa davam etməliyik. Sadəcə unutmaq lazım deyil ki, bəzən həyatımızı dəyişəcək seçimi bir addımla ata bilərik. Bəzən isə nə qədər qaçmağa çalışsaq da istədiyimiz nəticəyə çata bilmirik. Bu dünyada zəncirvari şeylər var. Sadəcə bir zəncirin yerini dəyişməklə bütün oyunun qaydalarını dəyişə bilərik.

– Oyun oynamaq bizim əlimizdə olsa, çox şeyi dəyişə bilərdik. Ancaq bu belə olmur. Çox zaman biz şahmat oyunundakı sadə bir piyadadan başqa bir şey olmuruq. Və onlar bizi idarə etməyə başlayır. Hər kəs öz xarakterinə uyğun fiqur alır. Özlərini idarə etməkdə çətinlik çəkən insanları başqaları idarə eliyir. Həyatımızın şahmatdan fərqi də elə bundadır.

Karter bunu demişdi ki, zəngin gur səsi eşidildi. Bu səs axşam yeməyinə çağırış səsiydi. Saat 18:00-ı göstərirdi. Qəribə şapkalı adam yerindən qalxaraq, Karterə doğru addımladı və əlini ona uzadıb özünü təqdim etdi.

– Mənim adım Marşal Skot. Gedək axşam yeməyini yeməyə.

– Henri Karter – ayağa qalxaraq əl uzadıb özünü təqdim etdi. Bütün qəfəslərin qapıları avtomatik açılmışdı. Qəfəsdən çölə baxdıqları zaman bütün izdihamı bir arada görmək olurdu.

– Gedək mənimlə. Hər şeyi danışacağam, – Karter ayağa qalxdı və qəfəsdən çıxdılar.

*****

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+33=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0352 saniye