Bölüm 2. Qanlı Qanunlar
Uraqan tərəfindən "Audio kitab" bolməsinə 19:43 08 iyun 2020 tarixində əlavə olunmuşdur

Digər məhbuslarla birlikdə sıraya düzüldükdən sonra yavaşca addımlamağa başladılar. Onların arasında normal insana bənzərini tapmaq çox çətin olsa da, Sehrbaz bu azsaylı dustaqlardan idi. Bəlkə də müdir bilərəkdən Karteri Sehrbazla bir qəfəsə salmışdı.

Qəfəs Parkına çatdıqdan sonra Sehrbaz Karterə bütün qaydaları danışmağa başladı:

1. Rahat yaşaya bilmək üçün əzilməməlisən.

2. Əzilməmək üçün başqalarını əzməlisən.

3. Heç kimə yaxşılıq etməyə çalışma.

4. İnsanlardan mənfəət güdməyə çalışma. Əgər güdəcəksənsə bunu onlara hiss etdirmə. Xüsusən də vəhşilərə və qəddarlara.

5. Səhv etməməyə çalış. Bir hərəkətlə əzilənlər siyahısına düşə bilərsən.

Karter Sehrbazın sözünü kəsdi:

– Bəs bu əzilənlər kimlərdi?

– Əzilənlər rahat yaşamağı bacara bilməyən insanlardır. Hansı ki, kişi kimi gəldikləri həyatlarında, nəysə özün başa düşdün. Onlarla əl ilə salamlaşmaq qadağandır. Ümumiyyətlə burada onları insan yerinə qoymurlar. Onları mırıq dişlərindən tanıya bilərsən.

– Bəs buralarda neçə cür insan tipi var?

Sehrbaz düşünmədən saymağa başladı:

1. Əzilənlər.

2. Normallar (Vəhşilər)

3. Anormallar (Ən vəhşilər)

4. Arada Gəzənlər

5. Sahibkarlar və Sənətkarlar

Sehrbaz sözünə davam etdi:

– Əzilənlər barədə sənə danışdım. İndi isə Normallardan, yəni Vəhşilərdən danışmaq istəyirəm. Onlar bu həbsxanada öz hörmətlərini qazanmış insanlardır. Hər kəs onlardan çəkinir. Sözün əsl mənasında bu Vəhşilər əsl hörmətə layiq insanlardır. Düşdükləri çətinliklərdən başı uca çıxmağı bacarmış dustaqlardır. Bunlardan ən tanınmışı №027 Qatili misal gətirmək olar. O, icazə verməsə bu həbsxanada heç nə yerindən tərpənə bilməz. Ən çox qorxulanlar isə Anormallar, yəni, ən vəhşilərdir. Hansı ki, olunması mümkün bütün qəddarlıqlara qadirdilər. Əslində bu həbsxana tam da onların yeridir. Ən təhlükləlilər bölməsindən isə Hannibalı və Frenkşteynin adını misal çəkmək olar.

Hannibal insanları diri-diri yeməkdən həzz alır. Dəhşətli şəkildə öldürüb yediyi qurbanlara görə hər kəs ondan çəkinib qorxu ilə yanından keçirlər, – Sehrbaz sözünü burada bitirdi. Əslində Hannibal haqqında danışılası çox söz var. Sehrbaz demədi ki, Hannibala ən yaxın adamlar Lütsifer, Elxuan və Vampir Cekdir ki, bu şəxslər haqqında da sizlərə məlumat verəcəyəm. Onlar artıq gəzə-gəzə gəlib yeməkxanaya çatmışdılar. Yeməkxananın ərazisi çox geniş olsa da oturacaqların sayı məhdud idi. Hər tərəfdən keşikçi polislərlə əhatələnmişdi.

Karter Sehrbazdan soruşdu:

– Bəs 4-cü qrup insanlar, yəni arada gəzənlər kimlərdir?

– Arada gəzənlər? – Sehrbaz bu sözləri təkrar etmişdi ki, hansısa yekəpər adamın kölgəsinin üzərinə düşdüyünü hiss etdi. Bu Gonbul Bob idi. Gonbul yekəpər olduğuna görə onu bu cür çağırırdılar. O qədər də Gonbul deyildi. Əvvəlkinə nisbətən bir az arıqlayıb əldən düşmüşdü. Bobun 60-dan çox yaşı olardı.

Amma tərslikdən bu dəfə ayaq üstündə qalan o idi.

Həbsxanadakı stolların sayı məhdud olduğundan GonbulBob ayaq üstündə qalmışdı. Onun səbrinin tarıma çəkildiyini hiss etmək olardı.Gonbul Bob əvvəlki kimi deyildi. Çox yaşlanmış və üzündəki qırışların sayı biraz da artmışdı. Boyu 2.01 metr olan Bob Marti bu həbsxadakı ən hündür adamidi. Karterin kürəyini sıxmağa başladı.

Karter hiss etdirməməyə çalışsa da üz cizgilərindən nə qədər ağrıdığını bilmək olurdu
Karter hiss etdirməməyə çalışsa da üz cizgilərindən nə qədər ağrıdığını bilmək olurdu. Hətta sehrbaz da heç nə demədi. Səhv etdiyini anlamışdı. Çünki, onun qabağında həmişə Gonbul Bob oturardı. Normal dünyalarda bu cür vəziyyətlər adi hal olsalar da bu həbsxanada başqa birinin yerində oturmaq böyük yanlışlıq sayılırdı. Burada isə yanlışlıq edənləri öz dərəcəsinə uyğun olaraq mükafatlandırırdılar.

Gonbul Bob Karterin kürəyini arxadan özünə tərəf çəkdi. Nə olduğunu anlamayan Karter yerə yıxıldı. Cəld davranıb ayağa qalxmaq istəsə də bu dəfə çox güclü zərbə ilə Gonbul Bob ona yumruq ilişdirdi. Dəyən yumruq Karterin burnunun və dodaqlarının partlamasına səbəb olmuşdu. Yerdə bükülmüş vəziyyətdə qalan Karterə daha bir təpik ilişdirdi. Bu dəfə Karter təmiz yerdə uzanmışdı. Bunu görən Cefri nəzarətçilərlə birlikdə cəld Gonbul Bobun yanına yaxınlaşaraq onun əllərini bağladılar. Gonbul Bob qaydaları çox gözəl bilirdi. Qaydalar əsasən qiyam olmadığı müddətcə heç bir polis nəzarətçisinə toxunuş və artıq hərəkətlər olmazdı. Bunu edə bilmək üçün isə №027 Qatildən birbaşa icazə alınmalıydı.

Ümumiyyətlə qiyam vaxtı da heç bir polisi öldürmək olmazdı. Sadəcə zərərsizləşdirə bilərdin. Bu gün isə vəziyyət tamam fərqli idi.

Cefri cavabı bildiyi halda Karterdən təkrar sualı soruşdu:

– Səni kim vurdu?

– Heç kim – Karter dedi.

– Bəs burnun niyə qanayır?

– Ayağım sürüşüb yıxılanda burnum stolun küncünə dəydi.

– Yalan deyirsən! – Cefri hiyləgərcəsinə Karterə dedi.

– Niyə yalan deyim? – Karter, yavaş-yavaş özünə gəlməyə çalışaraq ayağa qalxdı.

– Əgər bizə düzünü desən səni vuran adama 5 şallaq zərbə endirəcəyik. Karter bunu eşitdiyi zaman Gonbul Boba baxdı. Sonra cəld üzünü nərazərçiyə tutaraq əlavə etdi:

– Dedim ki, özüm yıxılmışam. Məni heç kim vurmayıb.

Cefri bu sözləri eşidib Karterin yanından Bob Martiyə tərəf yaxınlaşdı və dedi:

– Bob Marti, bu dəfə də bəxtin gətirdi, – Sözünü bitirdikdən sonra oradan uzaqlaşdı. Bob Marti yerinə əyləşdi və heç nə demədən yeməyini yeməyə başladı. Sehrbaz Karterin yerdə qaldığını görüb digər nəzarətçilərə yaxınlaşaraq əlavə stul istədi. Amma Nəzarətçi Cefrinin göstərişinə əsasən heç nə vermədi. Sehrbaz təkrar əvvəlki stuluna yaxınlaşaraq Karterin onun yerində oturmasını söylədi.

Artıq Gonbul Bob və Henri Karter üz-üzə əyləşmişdilər. Bob Marti ona baxaraq asta səslə pıçıldadı:

– Məni satmadığın üçün sənə təşəkkür edirəm. Amma, axırıncı dəfə olsun ki, mənim yerimdə əyləşirsən, yoxsa başını əzərəm!

Karter gülümsədi və hər kəslə birlikdə yeməyə davam etdilər. Sehrbazın stulu olmasa belə, o da ayaq üstə yeməyini yeyirdi. Şam yeməyini bitirdikdən sonra ayağa qalxdılar. Şam yeməyindən sonra axşam gəzintisi olmalı idi. Məhbuslas iki saat müddətində onlar üçün yaradılmış parkda gəzə, əyləşə və bəzi oyunlar oynaya bilərdilər. Parkın xeyli geniş ərazisi vardı. Amma onu digər parklardan fərqli edən özəlliyi buranın üstü bağlı bir yer olmasıydı. İçəri çox isti və boğunuq idi. Bunun səbəbi, orada olan kondisionerlərin qoşulmamasıydı. Saatın hər 10 dəqiqəsində havalandırma sistemini aktivləşdirərdilər ki, içəridə qalanlar boğulmasın.

Parkın qurtaracağında bir tribuna yerləşdirilmişdi ki, Həbsxana rəhbərliyi öz çıxışlarını bu tribunadan edərdilər. Tribuna balaca olsa da, arxasında çox yekə bir saat asılmışdır ki, hündürlüyü tavana qədər gedib çatırdı. Tavan 10 metr hündürlüyündə olardı. Parkın kənarları daş hasarla əhatə olunmuşdu. Bir cərgə ilə düzülmüş məhbusların işlətdiyi xırda sahibkar dükanlarını görmək olardı. Dükanlar heç biri divara birləşməmişdi. Hər biri divardan 2 metr məsafə irəlidə bir cərgə şəklində düzülmüşdü. Əgər məhbuslardan kimsə qaçmağa çalışardısa avtomatik bütün divarlarda elektrik sistemi aktivləşəcəkdi. Bütün qapıları bağlı olan bu parkdan qaçmaq fikri heç də məntiqli deyildi.

Sol tərəfdəki basketbol stadionun yanında əyləşmək üçün yüzlərcə oturacaqlar qoyulmuşdu. Sehrbaz və Karter həmin oturacaqlarda əyləşdilər.

Karter Sehrbazdan soruşdu:

– Gonbul Bob Marti hansı qrupa aiddir?

– Gonbul Bob Vəhşilər və ən Vəhşilər arasında bir yerlərdə qərarlaşıb. Əgər o, ən vəhşilərdən olsaydı sən bu qədər rahat xilas ola bilməzdin. Səhv etdiyin zaman özünü qorumağa gücün yoxdursa, əzilənlər sinifinə aid olunacaqsan. Əgər özünü qoruyub əzilənlər sinifinə aid olmaq istəmirsənsə bunun daha bir yolu da var.

– Bu hansı yoldur? – Karter dəqiqləşdirmək üçün soruşdu.

– 4-cü qrupa daxil olmaq. Yəni arada gəzənlər sinifinə aid olursan. Bu zaman həmin adam arada gəzib nəzarətçilərə söz çatdırır.

– Qayda 6: "Arada gəzənlərə toxunmaq qəti qadağandır. Çünki onların ağızları möhkəm deyil və olan bitən hər şeyi nəzarətçilərə çatdırırlar." Buna görə də hər kəs onlardan uzaq gəzir və məcburiyyət olmadığı müddətcə onlarla ünsiyyət qurmurlar. Vay o günə ki, arada gəzənlər öz fəaliyyətlərini dayandırmağa çalışsınlar.

– Bu zaman nəzarətçilər onların üzərindən əllərini çəkirlər. Nəzarətçilərin qorumadığı arada gəzənlər isə sonradan əzilənlər sinifinə aid olunurlar.

Karter Sehrbazı dinləyərkən, həm də ətrafa nəzarət edirdi. Onun diqqətini çəkən özəlliklərdən biri də bu həbsxanadakı məhbusların heç birinin ortaq geyimlərinin olmamasıydı. Hər kəsin fərqli üslubu, fərqli görüntüsü vardı. Hətta törətdikləri cinayətlər belə bir-birinə bənzəmirdi. Hərəsinin öz dəsti xəttinə uyğun geyim modelləri vardı. Hətta onların istədikləri paltarları seçə bilmələri, istədikləri qidaları yeyib içə bilmələri üçün dükanlarda ərzaq və geyimlər də mövcud idi. Bunları isə onlara verilən aylıq 111 dollarlıq maaşlarıyla ala bilərdilər.

– Məntiqlə baxdığımız zaman həbsxanadakı ən varlı insanlar satıcılar hesab olunmalıdır, – Sehrbaz danışmağa davam etdi, – Amma bu belə deyil. Onlar qazandıqları pulun böyük hissəsini həbsxana nəzarətçilərinə verməlidirlər. Geridə qalan pulu isə onlar №027 Qatilə çatdırmalıdılar ki, onların həyatları qoruna bilsin və digər cinayətkarlar tərəfindən bu sahibkarlara heç bir ziyan dəyməsin. Təbii ki, ödənilən verginin az və ya çox olması №027 Qatilə nə qədər yaxın və ya uzaq olmalarından asılıdır.

Karter kənarda duran səliqəli kostyum geyinmiş yaraşıqlı kişiyə baxdı. Üzündə qatilə oxşayan heç bir ifadə görmək olmazdı. Özünə məxsus xarizmaya sahib olan bu şəxsə baxdığınız zaman insanda ona qarşı rəğbət oyanırdı. Karter hiss etdirmədən bu şəxsi göstərərək Sehrbazdan onun kim olduğunu soruşdu:

Karter hiss etdirmədən bu şəxsi göstərərək Sehrbazdan onun kim olduğunu soruşdu:
– Bu Lütsifer Lüterdir. Əsl adı Fred Bazilyodur. Qadın manyakıdır. Qadınlar onu çox sevir. O, isə qadınlarla yatdıqdan sonra onları öldürməyi sevir. Çox ağıllı biridir. Çox güclü strateji addımları var. Tülkü kimi bicdir. Hər şeyi yüz ölçüb-biçir. Hətta söyləntilərə görə bizim bir çoxumuzu həbs edən polisin başını da o xarab edib. Hannibala çox yaxın adamdır. Özü köhnə psixoloqdur. 20 nəfərə yaxın qadın posiyentini başdan çıxardıb qətlə yetirmişdir. Buna görə də bu həbsxanada ona Lütsifer deyə müraciət edirlər.

Sehrbaz bunu demişdi ki, parkın qapıları açıldı. Karter içəri girənləri görüb daha bir çaşqınlıq yaşadı. İçəri daxil olan qadın dustaqları görüb heyrətdən gözləri bərəldi.

 

Sehrbaz bunu demişdi ki, parkın qapıları açıldı. Karter içəri girənləri görüb daha bir çaşqınlıq yaşadı. İçəri daxil olan qadın dustaqları görüb heyrətdən gözləri bərəldi.

Qadınlar arasında olduqca gözəlləri də vardı. Amma bununla belə çirkin və eybəcər qadınları da gözə dəyirdi. Bu gözəllərin arasında hündür boylu, incə və cəzb edici bədəniylə seçilən qarasaç bir qadın Karterin diqqətini çəkdi. Vahiməli və bir o qədər də heyran edici bir aurası olan bu qadın bütün kişilərin əsl istədiyi bir xanım modeli idi. Karter Sehrbazdan soruşdu:

– Bu həbsxanada qadınların olduğunu bilmirdim
– Bu həbsxanada qadınların olduğunu bilmirdim.

Sehrbaz heyranlıqla bildirdi:

– Bu həbsxana haqqında nə bilirdin ki, bunu da biləsən? – Karter qarasaçlı xanıma baxıb gülümsədi:

– Maraqlıdır.

– Razıyam, hələ onlarla birlikdə hamamda duş qəbul edərək onların çılpaq bədənlərini görmək daha da maraqlı olur.

Karter eşitdiklərinə inana bilmədi:

– Necə yəni, siz onlarla birlikdə hamamda çimirsiniz?

– Zarafatdır təbii ki, – Sehrbaz ucadan güldü, – onlarla cinsi əlaqəyə girmək qadağandır. Bunun sonu ölümlə nəticələnə bilər.

– Bəs o zaman onlar niyə yeməkxanada görmədik?

– Onların sayı 56 nəfərdir. Ümumiyyətlə qadınları bizimlə çox ünsiyyətə girməyə qoymurlar. Karter gözlərini çəkmədən qara saçlı, qadına baxırdı. Artıq qadın da ona baxmağa başlamışdı. Bunu görən Sehrbaz Karterə dedi:

– Yaxşı olar ki, gözlərini ondan çəkəsən!

– Kimdir o? – Karter sual verdi.

– Mariya Sieqa. Ölüm Mələyi deyə tanınır. Deyərdim ki, Lütsiferin qorxduğu bir qadın varsa o da Mariya Sieqadır. Bu qadın, kişiləri başdan çıxara bildiyi kimi də, onların axırına çıxıb, onların əcəlinə çevrilir. Onun bir maraqlı cəhəti də var ki, kişiləri ehtiraslandırmağı bacarır. Ehtiraslandırmağı bacarmadığı kişilərə qarşı dost kimidir və onlara qarşı hörmətlə yanaşır. Elə buna görə də №027 Qatilə qarşı çox mülayimdir. Ancaq onun mülayimliyi öz ehtiraslarına güc gələ bilməyən kişilərə qarşı çox amansız olur.

– O nəyə görə belədir? – Karter daha Ölüm Mələyinə əvvəlki gözlə baxa bilmədi. Sözün əsl mənasında ondan çəkinməyə başlamışdı.

– Bunu bilmirəm, – Sehrbaz köks ötürdü, – Yəqinki onun da özünə görə tutarlı səbəbləri var. Yaxşısı budur sənə Bostançı Bostondan danışım. Sağ tərəfdə əlində ağac çubuğu ilə gəzən adamı deyirəm. Buralarda heç kim onu öz adı ilə çağırmaz. 76 yaşı var. Vaxtı ikən Ən vəhşilərdən olub. 30 ildən çoxdur ki, bu həbsxanadadır. Vaxtı ilə özünün bostanı olub. Öldürdüyü qurbanları öz bostanında basdırardı. Onun fikrincə ölümdən sonrakı həyatında bu adamlar onun xidmətçiləri olacaqdılar. Amma bu ritualın tamamlana bilməsi üçün gərək onun özünü də bu bostanda basdıralar. Ancaq polislər onun bu həvəsini ürəyində qoydular.

Karter Bostançıdan üzünü çevirib sahibkar dükanlarına baxdı. Burada cürbəcür şeylər tapmaq olardı. Bunların arasında paltarlar üstünlük təşkil etsə də, meyvə, şirniyyat hətta kitablar belə vardı. Kitab dükanına papaq taxmış yaşlı bir kişi nəzarət edirdi. Dəqiq görsənmirdi, amma əlində hansısa kitabı oxuyurdu. Bu zaman dükana qıvrım saçlı, orta yaşlı cılız bir nəfər yaxınlaşdı. Sakitcə kitablara baxdığı zaman cəld aralarından bir kitab götürüb cibinə qoymaq istədi.

Kənardan bunu görən yekəpər adam qıvrımsaçın əlindən tutaraq onu saxladı. O qədər bərk tutmuşdur ki, kitab qıvrımsaçın əlindən yerə düşdü. Yekəpər adam qıvrımsaçın biləyini biraz da burdu. Buna dözə bilməyən qıvrımsaç yerdə burulub qışqırmağa başladı.

Kitab dükanının yiyəsi yekəpərin üstünə qışqırdı:

– Dəmir, əl çək ondan!

Oğrunun əlini bir az da bərk sıxmağa davam etsəydi sümyünü sındıracaqdı. Ancaq Dəmir bunu etmədi. Səsi eşidən kimi onu yerə buraxdı. Heç nə demədən sakitcə uzaqlaşdı.

– Uzaqlaşan adamı görürsən? Hər kəs ona Dəmir deyə müraciət edir
– Uzaqlaşan adamı görürsən? Hər kəs ona Dəmir deyə müraciət edir. №027 Qatilin ən yaxın adamı, həm də onun əsas sillə vuranıdır. Əsl adı Adnan Kayadır...

– Bir dəqiqə, – Karter onun sözünü kəsdi, – O Türkdür?

– Bəli, o Türkdür. Bank soyğunuyla əlaqədar həbs olunmuşdur.

Qruplaşmadan qalan tək

üzvdür. Dəmir kimi möhkəm olduğuna görə hər kəs ona Dəmir deyə müraciət edir. Çox dürüst biridir. Amma əzəcəyi adam varsa, onu heç kim saxlaya bilməz. Vəhşilər qrupuna aid olsa da, qəzəbləndiyi zaman ən vəhşilərdən biri olur.

Dükançı əlini uzadıb oğrunu qaldırdı. Oğru başını aşağı salıb heç nə demirdi. Utancından bilmirdi nə desin. Nə deyə bilərdiki? Oğrunun utancını görən dükançı zarafatla dedi:

– Kitab oğrusu oğurluq sayılmır, qalx ayağa!

– Kitabı bitirdikdən sonra gətirib geri qaytaracaqdım.

– Bilirəm səni, ancaq mənə desəydin öz əllərimlə verərdim.

– Xubilay, özün məni tanıyırsan, – Oğru dükançıya dedi, – oğurlamadığım şeylər gözümdə bir dəyər qazanmır.

Dükançı Xubilay ucadan gülərək dedi:

– Sped, O zaman gəl keç, istədiyin kitabı oğurlaya bilərsən. Təbii ki, gətirib qaytarmaq şərtilə.

– Xeyr, içəri keçməyəcəm, mən bu kitabı oğurlamaq istəyirəm. Bunu oğurlasam görməzdən gələ bilərsənmi?

Xubilay heç nə demədən Spedin əlindəki kitaba baxdı. Mario Puzzo - Xaç Atası. Gülümsəyərək oğlana baxdı:

– Yaxşı, görməzdən gələrəm, amma əvvəlcə o kitabın qeydini aparmalıyam.

Xubilay və Spedin şirin söhbəti buradaca yekunlaşdı. Ancaq uzaqda olduqlarından Karter və Sehrbaz onların nə danışdıqlarını eşitmədilər. Sped sakitcə ayağa qaldı və kitabı da götürüb Xubilay Yuanginin yanından uzaqlaşdı.

– Onlar səncə nə haqqında danışdılar? – Karter Sehrbazdan soruşdu.

Sehrbaz dükançını göstərərək dedi:

Sehrbaz dükançını göstərərək dedi:
– Adı Xubilay Yuangindir. 61 yaşı var. Asiyalı kimyagərdir. Pis adam olmamasına baxmayaraq Eksperimentdən ölənlərə görə həbs olunub. Keçirdiyi eksperimentin axırı heç də yaxşı bitmədiyindən zəhərlənib ölən qurbanlara yazığım gəlir. Buna görə də düşündülər ki, o insanlar yaşayan cəmiyyətə layiq deyil. Məncə, onun yeri bura deyil.

– Bəs yanındakı oğru kim idi? – Karter kitabı götürüb gedən oğrunu göstərərək dedi, – Ona buralarda Sped deyə müraciət edirlər. Cibgir oğrudur. Çox sürətlidir. Təəssüf ki, əzilənlər sinifinə aiddir. Daha doğrusu bu aralar onu əzən yox idi. Dəmirin etdiklərini saymasaq, deyə bilərəm ki, heç kim o yazığı əzmirdi.

– Nəyə görə buradadır, cibgir oğrunun burada nə işi var?

– Nəyə görə buradadır, cibgir oğrunun burada nə işi var?
– Yaxşı sualdır. Speed öz xəstə qızını sağaltmaq üçün küllü miqdarda pul oğurlamaq istəyərkən yaxalanmışdır. Yaxalandıqdan 3 ay sonra qızı xəstəlikdən dünyasını dəyişdi. Qızının ölüm xəbərini eşitdikdən sonra həbsxanadakı polislərdən üçünü qətlə yetirib qaçmışdı.

Sehrbaz bunu demişdir ki, gurultu səsi yenidən eşidildi. Bu səs bütün məhbusların öz qəfəslərinə salınması üçün verilmişdi. Həbsxananın nizam-intizam qaydalarına görə hamı birlikdə addımlamalıydı. Səsi eşidən kimi hər kəs toplu şəkildə sıraya düzüldü. Sehrbazla birlikdə qalxıb bu kütləyə qoşularkən Karterin ayağı harasa dəydi. Aşağı baxdığı zaman 1.35 boylarında kimisə tapdaladığını gördü. Balaca adam liliput idi. Baxdığınız zaman onun yazıq bir görüntüsü olduğunu görmək olardı. Ayağı əzilən Liliput sakitcə çevrilib Karterə baxdı. Bunu görən Sehrbaz dedi:

– Yaxşısan, Cırtdan?

Cırtdan heç nə demədən başını sola-sağa sirkələyərək "xeyr" işarəsi verdi və üzünü qabağa çevirdi. Karter sakitcə Sehrbazdan soruşdu:

– Onun nəyi var?

– Sonra deyərəm, – Sehrbaz cavab verdi. Bununla da məhbuslar eyni addımları ataraq addımlamağa başladılar.

Karter nəyə görə hər kəsin eyni addımı atdığını anlaya bilmirdi. Hətta bir neçə dəfə nəzarətçilər ayağını düzəltməsi üçün Karterin üstünə qışqırdı. Həbsxana rəhbərliyinin fikrincə bu cür addımlamaq kənardan çox gözəl görsənirdi. Bir neçə uğursuz cəhdddən sonra Karter ayağını düzəltməyi bacarmışdı.

Məhbuslar yarımqaranlıq qəfəslərinə girdikləri zaman kiminsə yüksək səslə mahnı oxumasını eşitdilər. Sözlər çox vahiməli və qorxunc səslənirdi:

"Kədərli olarkən nəğmə axtarmağa nə ehtiyac?!

Qırılmış qəlbin hər parçası qəmli bir musiqi.

Kənardan möhkəm görsənsə də insan,

Qan dolmuş içərisi, hər tərəfi paramparça."

Karter oxuyan adamın nə dediyini eşitsə də heç nə anlaya bilmədi. Dəmir qəfəslərə tərəf yaxınlaşıb ətrafa boylandı, amma mahnını kimin oxuduğunu anlamadı.

Arxasınca Sehrbaz da gəldi.Üzbəüzdəki qəfəsi göstərərək dedi:

Üzbəüzdəki qəfəsi göstərərək dedi:
– Oxuyan Frenki Frenkşteyndir. Ən vəhşilər kateqoriyasına aiddir. Hər kəs ondan çox qorxur. Hətta №027 Qatil belə ondan çəkinir. Dərzidir. Öz Qurbanlarını öldürməzdən qabaq onların ağızlarını tikirdi ki, səs çıxarmasınlar. Axırıncı dəfə yaxalanmamaq üçün öz üzünü kəsik kəsik doğramışdı.

Gözü heç nədən və heç kimdən qorxmur. Həbsxaya gəldiyi ilk gün öz qəfəs yoldaşının ağzını tikib işgəncə verərək öldürmüşdür. O danışmağı çox xoşlamır. Gecələri öldürməyi daha üstün tutduğu üçün gündüzləri heç kimə toxunmur. Bu həbsxanada kimin ölməsini istəsələr onun yanına göndərərlər.

Karter daha heç nə demədi. Keçib öz yerinə uzandı. Bu cür qatillərin arasına gəldiyi üçün özünə lənət oxuyurdu. Başına nələr gələcəyini özü də dəqiq bilmirdi. Sehrbazın da danışmaqdan taqəti qalmamışdı. O da yerinə əyləşib gözlərini yumdu. Daha ikisi də şirin yuxulara dalmışdılar. Bəlkə də kənardan sıxıcı görsənsə də maraqlı bir yaşamları vardı. İçərini maraqlı edən ölüm təhlükəsinin olmasıydı. Hətta ən yaxın dost saydığın insan səni hər an, hər saniyə səni öldürə bilərdi. Ona görə də yaxşılardan pislik, pislərdən isə ən böyük yaxşılığı görmək olurdu bu həbsxanada. Olunan yaxşılıqlar isə çox vaxt işin təmənna qarşılığında edilirdi.

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+15=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0271 saniye