BOM BOŞ ÇƏRÇİVƏYƏM İÇİMDƏ XƏYAL
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 22:18 13 may 2019 tarixində əlavə olunmuşdur

Dolanıb gəzirəm yurdumda qərib,
Qəm-qüssə sinəmə qanadın gərib. 
Bilmirəm, ömrümün sonumu gəlib? 
Bomboş çərçivəyəm, içimdə xəyal.

Şirin də ağzımda zəhər olubdu,
Çöhrəm saralıbdı, gültək solubdu. 
Bu həyat ruhumu elə yorubdu,
Bomboş çərçivəyəm, içimdə xəyal.

Mən kimə "can" dedim,canıma dəydi,
Təbəssüm göstərdim,dedilər, səydi. 
Yaşam gündən-günə qəddimi əydi, 
Bomboş çərçivəyəm, içimdə xəyal.

Yoxluğu iztirab,kədər atamın,
Üzündə görürəm qırış anamın,
Mənası itibdir bu həyatımın,
Bomboş çərçivəyəm, içimdə xəyal.

Gəzirəm zamanım bitənə qədər,
Çalışıram ömru verməyim hədər.
Elə düşünürəm zamanla keçər,
Bomboş çərçivəyəm, içimdə xəyal.

Aldanma Seymurun şux duruşuna,
Nə işlır gətirib fələk başına,
Nəyim var ki ,gəlsin  kimin xoşuna,
Bomboş çərçivəyəm, içində xəyal.

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+15=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0264 saniye