Boş otaq
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 20:38 18 fevral 2020 tarixində əlavə olunmuşdur

Boş otaq, boş ürək və boş əllərim
Fikirlər beynimə mıx kimi batır
Görəsən bəxtimdə neçə bemol var?
Görəsən həyatım neçə oktavdır?

Bir-iki diyez düşüb minor bəxtimə,
Həyat klavişlərim yalnız qaradır
Yaradan kimisə simfonik əsər,
Kimisə səhifəlik etyud yaradır

Yenə mən, yenə boş, qaranlıq otaq
Daha bir şam bu gece tapşırır canın
Bir aşiq qəhqəhə gəzir sevgidə,
Digəri axtarır eşgin hicranın

Axı niyə ayrılır fikirlər, yollar?
Bir ortaq məxrəcdə birləşmək çətin
Bu eşqi bir ömür yaşamaq varkən
Dərdlərə yönəldir insan diqqətin.

Müəllif: Tural Rəhmanlı

24.12.2019


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+14=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0343 saniye