Boş sistem
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 15:46 19 iyul 2015 tarixində əlavə olunmuşdur

Qızların ana olmadan, körpələrə sahib olmaları
Saxta qalstuklu insanların, saxta düşüncələri
Müəllimlərin əzbərliyərək, izahatsız danışdıqları dərsləri
Tələbənin yorulmadan verdiyi rüşvəti
Bəzi həkimlərin, bir-iki manatlıq reseptləri
Bunlar ruhsuz şəhərdə var.
Ərəb hərflərini bilməyən, yalançı saqqallılar
Efirdə soyunmağı unutmayan, parlaqsız ulduzlar
Müharibə şəraitində, ölməyə məcbur olan 
Əlləri oyuncaqlarla dolu uşaqlar.
Nəfəslərin ziyanı olmadığı təqdirdə
Ciyərləri sökən vicdansızlar.
Hələdə mentalitedə qurban gedənlər
Əzbərçiliyi savad hesab edən sistemlər
Nə istəsən taparsan bu ruhsuz şəhərdə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+24=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.026 saniye