boyamaca...
Bəhram Həsənov tərəfindən "Digər yazılar" bolməsinə 20:20 09 fevral 2014 tarixində əlavə olunmuşdur

Həyat ağ və qara rənglərdən ibarət boyamacadır. Lap uşaqlıqda rənglədiyimiz boyamalar kimi. Şəklin necə görünəcəyi boyamanı necə rəngləyəcəyindən, səliqəndən, düzgün rəng seçimindən və ən əsası rənglərin olmasından asılıdır. Nə qədər zəngin təxəyyülün olursa olsun rəngli qələmlərin yoxdursa rəngləyə bilməzsən. Əgər iki qələmin varsa yenə də səndən çox şey gözləmək olmaz. Həyat da belədir. İçində nə qədər həyat eşqi varsa, ruhun nə qədər rəngarəngdirsə, düşüncən nə qədər əlvandırsa "boyamaca"n da bir o qədər rəngarəng olacaq.
Amma gərək içindəki o boyaları da düzgün istifadə etməyi bacarsan. Nəyi necə gəldi və hansı rənglə gəldi rəngləmək olmaz. Hər şeyin öz yeri var.
Ruhundakı rəngləri israf etməməlisən. Sonunda qələmləri bitmiş və hələ rəngləyəcək xeyli boyamacası qalan uşaqlar kimi bir küçcə çəkillib ağlamamaq üçün. Ya da ki, kimdənsə qələm istəməmək üçün. Qələmi borc aldığın tap yaxın dostun olsa belə qələmi ona qaytarmalı olacaqsan və həmin anda hər şey əvvəlki vəziyyətinə qayıdacaq. Həyatında da belədir. Başqaları sənin həyatını sadəcə bir müddətlik rəngləyə bilər. Sonra o gedəcək və sən də öz ağqara dünyaynla üzbəüz qalacasan...
İnsanların həyatında bir səhifəni rəngləməkdən heç vaxt çəkinmə. Onun buna ehtiyacı ola bilər. Sən bununla çox şey itirməzsən, amma əmin ol ki, o çox şey qazanar.
Həyat ağ və qara rənglərdən ibarət boyamacadır. Rəngləri özümüz seçirik və qiyməti də ona görə alırıq...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+32=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.024 saniye