Böyrəyimi satıram
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 22:53 03 yanvar 2016 tarixində əlavə olunmuşdur

Şəhərin bəzi yerlərində divarlara yapışdırılmış elan: ”BÖYRƏYİMİ SATIRAM”

Elanı hər yerə özüm yapışdırmışam. Başqa əlacım yox idi. Çıxılmaz durumdayam.

Həyat yoldaşım 2 ildir ki, 3-cü qrup xərçəng xəstəsidir. 32 yaşı var. Əməliyyat olunub. 8 ay kimyəvi terapiyadan keçdi. Ötən ay onu müalicə edə bilmədik. Pulumuz çatmadı. Bu ay ağrıları şiddətlənib. Bir qızımız var, 6 yaşında.

Kirayə haqqı, kommunal xərclər, gündəlik ehtiyaclar, qızımın dərs ləvazimatları üçün tanış-bilişdən borc götürmüşəm.

Özüm qəssabam. Gündə neçə qoyun, mal kəsirəm, doğrayıram, sonra “Qazel”ə daşıyıram. Çox ağır işdir.

Məni bu addımı atmağa məhz imkansızlıq vadar edir. Bilirəm ki, bir böyrəyə görə 15 min manat pul qazana bilərəm.

Maraqlanan çoxdur. Tək böyrəklə də nə qədər yaşayaramsa, yaşayaram

Halbuki qanun donor orqanlarının alqı-satqısını qəti şəkildə qadağan edir.

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+37=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0309 saniye