Böyük dəyişim
Samsam Huseynzade tərəfindən "Hekayə" bolməsinə 17:31 05 aprel 2014 tarixində əlavə olunmuşdur

Ayla yenə nəsə çəkmişdi..6 yaşlı bir uşaq nə çəkə bilərki deyə düşünərdi həmişə valideynləri..Ayla heç vaxt kənardan gələn fikirlərə qulaq asmadan çəkir və çərçivəyə qoyardı..Aylanın deyəsən rəssamlığa marağı vardı.O, həmişə televizyada rəssamlıq barədə verliş gedərkən gözlərini ayırmadano verlişə baxardı.Valideynləri isə narazıçılıq bildirərdi çünki onlar Aylanın həkim olmağını istəyərdilər..

Ayla artıq 8 yaşında idi.Və bir gün anasına məktəbin yanında yeni açılmış rəssamlıq dərnəyinə getmək istədiyini dedi.Anası qarşı çıxdı amma Aylanın vecnində deyildi.O hər səhər saat 08:00-da məktəb adı ilə gedərdi halbuki Ayla 2 aydır məktəbə getmirdi və müəllimlərdən şikayət gələrdi.Aradan illər keçdi Ayla yenədə rəssam olmaq arzusu ilə yaşayırdı.Artıq bu gənc qızın 18 yaşı oldu.O, öz istədiyi rəssamlıq universitetinə getdi amma xaricdə oxudu..

Ayla artıq sərbəst bir rəssam kimi öz ölkəsinə qayıtdı.Valideynləri həmişə deyinərdi

-Biz sənə dedik ki, get həkim ol sən rəssamlığı seçdin..Səni heç vaxt bağışlamayacağıq..Get bu evdən..Bizim uşaqlıqdan arzumuz idi səni ağ xalatda görmək!

-Ana mənim sənətimi sən işləməyəcən ona görədə qarışma!

-Get bu evdən!

Ayla səssizcə öz əşyalarını yığdı.Artıq özünə ev,iş tapmışdı.

Günlərin birində evə zəng gəldi:

-Rəssam Ayla.Biz sizi bizim rəssamlıq verlişində müəllim kimi görmək istərdik!

Bu verliş Aylanın uşaqlıqda baxdığı verliş idi.

-Təbiki! Mən razıyam.

-Onda həftənin bazar günü gəlin başlayaq.

Həftənin bazar günü çatdı.Ayla geyindi, üzünə sadə makiyaj elədi,çantasını aldı və getdi..

Həftənin ilk günü idi verliş televiziyda yayınlanacaqdı.Aylanı hər hansısa telekanalda görmək mümkün idi.Çünki o məhşur rəssam idi.

Verliş televiziyada yayınlanarkən Aylanın anası evi təmizləyirdi birdən şkafdan köhnə bir qutu düşdü.Qutunun qapağı bir yanda özü bir yanda.Qutuda Aylanın çəkdiyi ilk rəsim vardı.Ana bunu gördü və televiziyada Ayla..Ana rəsmə baxdı bir qədər düşündü sonra qutunun qapağını tez bağlayıb şkafa qoydu.Gecə idi.Aylanın anası yatmaq üçün otağına çəkildi.Yuxusunda Aylanı həkim vəziyyətində gördüm amma polislər Aylanı aparırdılar çünki əməliyyat edərkən xəstə dünyasını dəyişmişdi və xəstə yaxınları şikayət etmişdilər.Səhər açıldı Aylanın anası bir qədər düşüncəli idi.Və ana birdən ilk rəsmi alıb Aylanın evinə getdi.

Qapı açıldı Aylanında ananında gözləri dolmuşdu.

-Qızım üzr istəyirəm!

-Ana bu qədər hadisədən sonra səni necə rahatlıqla bağışlayım?!

-Bilirəm səhv etmişəm səni yuxumda gördüm.

Ana öz yuxusunu danışdı deyəsən ürəyi bir qədər ağrıyırdı.

Ana qız barışdılar Aylaartıq xaricdədə tanınırdı və valideynləri fəxr edirdi.

Valideynlər artıq belə düşünürdü:

-Qızımız yaxşıki bizim doğru bildiyimiz yolla getmədi!

O, öz xoşbəxtliyini rənglərdə tapırdı...


... dəfə oxunub
Qiymət: 7/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
4+35=
Hesaba giriş
Müəllif

Samsam Huseynzade
Haqqında
2002.05.04.RəssamPainter
Əlaqə
E-mail:
samira-02@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0232 saniye