Görklü xəstələnib,olmadı nicat,
Çox keçmədi o da eylədi vəfat.
Duman tez oğlunu eylədi təhrik,
Çevriliş vaxtıdır,əlbəttə,dəqiq.
Duman ona verib bir böyük ordu,
Orduya komandan oğlunu qoydu.
Tuna düz paytaxta etdi hərəkət,
İstədi törətsin orda fəlakət.
Qara Hun bu işdən tez xəbər tutdu,
O da ordusunu yenidən qurdu.
Ordusun toplayıb getdi döyüşə,
Cavab verməliydi bu çevrilişə.
İki ordu çatdı,böyük bir düzə,
Hər iki sərkərdə durdu üz-üzə.
Birinci başçılar çapdılar atın,
Sonra da əsgərlər çəkdi qılıncın.
Sonunda başladı o böyük döyüş,
Yolun sonu idi,yox idi dönüş.
Qara Hun maneləri eyləyib dəf,
Tuna seçilmişdi növbəti hədəf.
Atlar kişnəyərək cumdu irəli,
Qılınc döyüşdürdü hər iki dəli.
Tunanın qılıncı düşdü əlindən,
Ancaq bu kəlmələr çıxdı dilindən;
“Gəlin igidlərim,mərhəmət edək,
Dincəlib sonra dərslərin verək”.
Bu yavan sözlərə gülüb Qara Hun,
Elə bil əvvəldən sezmişdi sonun.
Qoşuna əmr etdi döyüşü kəssin,
Daha onları heç kəs izləməsin.
Qara Hun yol aldı saraya doğru,
Qəlbi kinlə dolu,silinmiş qorxu.
...Tuna təlaş ilə gəldi saraya,
Qalib gələ bilməmişdi Qaraya.
Bu sözü duyanda atası Duman,
Dəlilərək özündən çıxdı haman;
“Hansı cürət ilə deyirsən mənə,
Məğlub olduğunu sən dönə-dönə.
Fərsiz oğuldansa yaxşıdır kor qız,
Etməzdi aləmin ağzında saqqız.
Səntək oğlum yoxdur,itil gözümdən,
Artıq utanıram,özüm özümdən”.
Bunu demişdi ki,bir nəfər əsgər,
Təlaşlıdır,gətirmiş qara xəbər;
“Hökmüdar,saraya gəlir bir qoşun,
Önündə də durmuş,başbuğ Qara Hun”.
Bunu duyacaq daha dəlirdi Duman;
“Başlaram mən onun başbuğluğundan.
Tez olun gətirin yaraq-yasağı,
Öldürüb hər kəsə verək gözdağı”.
Qılıncın sıyırıb çıxdı saraydan,
Başbuğun dərsini verməkçün Duman.
Sarayın önündə düzüldü qoşun,
Acı təbəssümlə gülüb Qara Hun;
“Oğlun döydüyümə gəlib atası,
Fərq etməz lap istər gəlsin babası”
Bu sözdən sonra tez hücum etdi,
Qılınc çalıb,zərbələri dəf etdi.
Dəydi bir-birinə o iki qoşun,
Dumana varmaqçün tələsirdi Hun.
Birdən gözlərinə sataşdı Duman,
Atını o yana çapdırdı haman.
Bu vaxt iki əsgər çıxdı yoluna,
Hücum eylədilər sağı soluna.
Həmən qılınc çaldı hər iki yana,
İkisin də boyadı qızıl qana.
Baxdı ki,Duman yox haman yerində,
Duman tütürdü Hunun gözlərində.
Sən demə gizlənmiş,o xain Duman,
Bir qorxaqcasına vursun arxadan.
Yayı çəkib nişan almışdı Hunu,
Hunun ölümüylə gətirsin sonu.
Bu zaman özünü yetirən Tuna,
Qalxanın fırlatdı ox qabağına.
Sonraysa qılıncın çəkib qınından,
Hun üçün vaz keçəcək atasından.
Atını çapdırdı Dumana doğru,
Nə mərhəmət qalmış,nə də ki,qorxu.
İlk zərbəni Tuna endirdi dərhal,
Dumansa vurmağa tapmadı macal.
Dumanın çiynindən axdı qızıl qan,
Sinəsinə sancdı qılıncı oğlan.
Alovlu gözləri Dumana dikdi,
Kinli baxışlarıyla belə dindi.
“Bax ata,fərsizmidir oğlun?
Savaşda bənizi olurmu solğun?”
Dumanın ağzından axdı qızıl qan,
Əlləri boşalıb yıxıldı atdan.
Əsgərlər dayanmış,seyr edir bunu,
Axır ki,yetişdi savaşın sonu.
Qəzəbli-qəzəbli çevrildi Tuna,
Ciddiyyətlə sərt əmr verdi qoşuna:
“Bəli!Öldürdüm indi atamı,
Çün qurtarmalıydım mən vatanımı.
Vaxtilə atamın olan əsgəri,
Qəbul etməlidir məni rəhbəri.
Qəbul etməyənin kəsilsin başı,
Qurtarmalı burda qardaş şavaşı”.
Çərilər qılıncı qaldırdı başa,
Hər kəs birdən:”Rəhbərimiz çox yaşa”.
Bunu izləyən Hun,yaxın gələrək,
Qılıncın qaldırdı gülümsəyərək:
“Bu gündən olursan mənim qardaşım,
Qoy sənsiz keçməsin heç bir savaşım!
Qucaqlaşın,qardaşlaşın çərilər,
Bir olub düşmənə içirək zəhər”.
Tuna və Qara Hun gəldi paytaxta,
Hunu çıxardılar tez altın taxta.
Çiyninə salındı boz qurd dərisi,
Sayıldı Tanrının qutlu elçisi.
Tək Turan hakimi etdilər Hunu,
Yeni titul alıb,oldu o Tanhu.
Hamının gözündə bu kiçik oğlan,
Dünyanın hakimi olar bir zaman.
Taxtdan durub Tanhu,qalxdı ayağa,
“Türklər gəlir,gözlə özünü dünya!”