Boz Qurd Dərisi Geymiş İgid - İlk Zəfər (1-ci hissə)
Ramin Hüseynsoy tərəfindən "Hekayə" bolməsinə 23:54 28 iyul 2015 tarixində əlavə olunmuşdur

...Vaxt ötüb,iki yaz keçmiş aradan,

Hunu qutsamışdı Uca Yaradan.

Yüksəliş edirdi Turan ölkəsi,

Xoşbəxt etmişdi o xalqı,hər kəsi.

Tanhunun seçdiyi qutlu siyasət,

Turana gətiridi haqq və ədalət.

Amma yüksəlişi sevməyirdi Çin,

Hər dəfə yanırdı o için-için.

Çin hakimi idi şahzadə Fuca,

Qəlbdə cavan idi,üzdəsə qoca.

Nədənsə Türklərə edərdi nifrət,

Qəlbində bəslərdi kin və ədavət.

Üzü gülməz onun,qəddar bir insan,

Hər kəsi şaqqalar vermədən “aman”.

...Duydu ki,Qara Hun olubdu Tanhu,

Gəncdi deyə uşaq sanmışdı onu.

Savaşı kənara qoyaraq Fuca,

Guya qohum olub aranı aça.

Bir məktub yazdırıb göndərdi Huna,

Sülh və dostluq təklif edirdi ona.

Qoy sülhün simgəsi olsun qohumluq,

Qızını verirdi yaransın qutluq.

Qara Hun Fucanın məktubun aldı,

Məktubu oxuyub,o fikrə daldı.

Düşünmək istəmir,o sülh barədə,

Qan tökmək istəmir hədər yerə də.

Odur ki,təklifi eylədi qəbul,

Ölkə üçün bunu sayırdı məqbul.

Xəbər göndərdi ki,razıdır buna,

Düyün hazırlığı görülsün daha.

Bu gözəl xəbərə sevindi Fuca,

Kələk eyləyirmiş o mənfur qoca.

...Fuca qızının yanına gələrək,

Tapşırıq verirdi gülümsəyərək:

“Lili,yaxşı-yaxşı gəl dinlə məni,

Bir Türk xaqanına verəcəm səni.

Deyəcəklərimə yaxşı qulaq as,

Bu elə işdir ki,bir səhv də olmaz”.

Nədənsə qız buna əsəbləşdi bərk,

Etiraz səsini ucaltdı kükrək:

“Yox,ana,mən buna razı olamam,

Nə Türkə gedərəm,iş də yapamam.

Hər kəs sənə nifrət eyləyir,ana,

Alət etmə məni çirkin oyuna”.

Fuca hiddətləndi qızın sözünə,

Əsəbi bir şillə vurdu üzünə:

“Kəs səsini,küçük,həddini aşma,

Dedimsə olmalı,artıq danışma.

Türkə gedilib,iş də görüləcək,

Söz ver ki,Türk toy gecəsi öləcək”.

Bu hal üzsə də yazıq qızcığazı,

Ancaq məcbur qalıb oldu o razı.

Fuca məmnun qalıb,acı gülüşlə

Otağı tərk etdi eyni gəlişlə.

Ümidi qırıldı qızın o zaman,

Qıza düşmən olmuş hər saat,hər an.

Gözündən axan yaş damla-damladı,

Ancaq bir sorunu o anlamadı:

“Axı niyə türkü öldürmək istər?

Nədən türklərə o,ədavət bəslər?!”

Qızın da özünün var fikirləri,

Bəlkə mutlu etdi onu Türk əri.

“Bəli,çıxış yolu Türkə varmaqdır,

Özgür həyat onun yarı olmaqdır”.

...Günəş qalxıb açılırdı qızıl tan(səhər),

Qutlu bir səs gəlirdi Tanrı dağdan.

Tanrı dağın ətəyində bir yer var,

Qurulmuşdur al qırmızı çadırlar.

Toy-düyün qoxusu gəlir havadan,

Hunu qutsamışdı Ulu Yaradan.

Elin dörd yanından gələn qonaqlar,

Gəlişlə düyünə başqa ad qatar.

Dəyərli hədiyyə versə də hər kəs,

Hunun kefi yoxdu,hamısı əbəs.

Çünki,bu nigaha razı deyildi,

Ancaq xalqı üçün bu yolu seçdi.

Evlənmək barədə düşünmürdü Hun,

Ancaq bu şərt onun bağladı yolun.

Artıq yavaş-yavaş yaxınlaşır tün(gecə),

Sona çatacaqdı bir azdan düyün.

Lili çadırında həyəcan ilə

Gözündən yaş tökür o gilə-gilə.

Türk yaraşığından xəbəri yoxdu,

Çirkin olar deyə qorxusu çoxdu.

Həmin gözlənən an sonda yetişdi,

Hun da tələsmədən çadıra keçdi.

Liliysə hələ də bükmüş boynunu,

“Çirkin” deyib görmək istəmir onu.

Hun Liliyə baxır,Liliysə yerə,

Hun dözməyib dilləndi birdən birə:

“Nifrət edirdinsə belə çox mənə,

Gəlməyə nə məcbur olmuşdu sənə?”

Bu sözlər hiddətə boğdu Lilini,

Bir istədi işə salsın dilini.

Qız qalxarkən donub yerində qaldı,

Elə bildi gördükləri xəyaldı.

Önündə durmuş yaraşıqlı oğlan,

Qara qaşlı,sərt baxışlı bir cavan.

Hun önə gəlib sordu:“Bu nə haldır,

Üzündə yaranmış bu nə sualdır?”

Lili təəccüblə soruşdum ondan:

“Gerçəkdən sizsinizmi o Türk xaqan?”

Lilinin halını anlayaraq Hun,       

Saf gülüşlə üzünə baxdı onun:

“Bəli,mənəm dediyin qutlu xaqan,

Sən də eşim olacaqsan bu andan”.

Qızın gözlərində sevinc göründü,

Sanki bir dolunaydır,üzü güldü.

Tez diz qırıb and verərək önündə:

“Səninləyəm həp yaxşı,pis günündə.

Bu gündən oluram mən sənə bir eş,

Günahım var isə günahımdan keç”.

Sevindirdi bu sözlər Qara Hunu,

Əlindən tutaraq qaldırdı onu:

“Əyilmə qarşımda,ey qutlu katun,

Bizim törəmizdə yeri yox bunun.

Mən sənə ərəmsə,sən mənə xanım,

Bu gündən olursan halalım,yarım”.

...Xeyli vaxt keçmişdi gecə yarından,

Lili narahatdır səhv qərarından.

Qarışıq fikirlər beynini dəlir,

Gah ağlayıb,gah da göz yaşın silir.

Lilin səsinə oyanaraq Hun,

Üzünə baxır təəccüblə onun:

“Nə olub sənə? Bu nə göz yaşları?

Mən sevmirəm qəm dolu baxışları!”

Bu sözdən cəsarət alaraq Lili,

Sözə başladı titrəyərək dili:

“Gəl məni bağışla,ey böyük xaqan,

Yaman iş tutmuşam,həm də çox yaman.

Səni öldürməli idim mən bu gün,

Yasa çevrilməli idi toy-düyün.

Amma mən əvvəldən deyildim razı,

Səni tanıyandan tamam narazı.

İndi istər öldür,istər et tabın(nökər),

Amma Çinə təkrar göndərmə saqın!”

Artıq hər şey Huna olmuşdu bəlli,

Sonra gülər üzlə söylədi:”Lili,

Sən sədaqətini göstərdin daha,

Həyatın olmuşdur mənimçün baha.

Qoymaram telinə dəyə bir zərər,

Yanımda olduqca qorxmağın hədər”.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+12=
Hesaba giriş
Müəllif

Ramin Hüseynsoy
Haqqında
Şair,yazar,dramaturq
Əlaqə
E-mail:
ramin.huseynsoy@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0253 saniye