Boz Qurd Dərisi Geymiş İgid - İlk Zəfər (2-ci hissə)
Ramin Hüseynsoy tərəfindən "Hekayə" bolməsinə 16:08 30 iyul 2015 tarixində əlavə olunmuşdur

Bu sözdən Lilinin gözləri doldu,

Qəlbi sakitləşib buz kimi oldu.

Fucaya gətirdi elçi bəd xəbər,

Duyunca Fucanın əl qolu əsər.

Sarayda gəzirdi o yana-yana,

Qırmızı gözləri bənzər şeytana.

Ağlına qorxulu fikirlər gəlir,

Bilmir buna qarşı görsün nə tədbir.

Birdən-birə ayaq saxlayır Fuca,

Nəsə fikirləşmiş o mənfur qoca.

Tabını səslədi qəzəbli səslə,

Tabın da yetişdi təngənəfəslə.

Ciddi bir əmr verdi həmin anda:

“Çağır Ho Kiyunu,tez bir zamanda”.

Ho Kiyu bir zalım Çin generalı,

Bilirdi o yüz fitnəni,yüz alı (hiyləni).

Az sonra təşrif buyurdu general,

Sordu:”Üzünüzdə niyə var məlal?”

Fuca boğa bilməyərək qəzəbi,

Anlatdı olayı,əsil səbəbi.

Komandan qılıncın verərək ona:

“Bu işi savaşla çatdır sən sona.

Ordu əmrindədi,sənsən komandan,

Türkü öldür,ölkəsin eylə viran.

Lilini öldürmə,edərsən əsir,

O xainə özüm qazacam qəbir”.

Kiyu və 200 min çinli əsgər,

Gedib Ötükəni etsin dərbədər.

Xaqan bu hücumdan olub xəbərdar,

Sınıra çərilər yığıb,etdi dar.

Tanrı dağlarında bir keçid vardı,

Enişi,yoxuşu olduqca dardı.

Keçidin ətrafı əsgərlə doldu,

Girişi,çıxışı həmən tutuldu.

Keçidə soxuldu çinli bir axın,

Siz indi onların sonuna baxın.

Ho Kiyu gedirdi ordu önündə,

Bir zəfər gülüşü vardı üzündə.

Bir ox yeyin gəlir onlara tərəf,

Nədənsə heç kimi almadı hədəf.

Düz atın önündə sancıldı yerə,

At qorxub kişnəyərək qalxdı şahə.

Baxdı ki,uca bir dağın başında,

Bir cavan,igidlik var baxışında.

General səslədi həmin cavanı,

Təslim olsa bağışlanacaq canı.

Bu sözlərə ancaq bir az gülüb Hun:

“Hünərlisə hücuma keçsin qoşun”.

Çoxluğa güvənib “cəsur” general,

Qoşunu hücuma göndərdi dərhal.

Hündürdə dayanmış savaşçı Türklər,

Gah ox atar,gah daş-qaya endirər.

Sonunda Türklərin bitdi oxları,

Dağdan endilər,çəkib pusatları (qılınc).

Çinlilərin halı pərən-pərəndi,

Bilmirdilər Türklər dağı dələndi.

General gördü ki,işlər yamandı,

Xaqana yalvardı:“Bəsdi!Amandı”.

Xaqanın əmriylə dayandı axın,

Bir az da general gələrək yaxın.

Önündə diz çöküb istədi “aman”:

“İzin ver geriyə qayıdaq burdan.

Zəfər sizin olsun,bizimsə həyat,

Sənə qutlu(xoş) yumlar(dualar) dilərik hər vaxt”.

Xaqanın əmriylə açıldı giriş,

Çinlilər gəliştək edirdi gediş.

Türklər də pusatın taxıb belinə,

Sonra da döndülər yenə elinə.

...Bu olay üstündən keçmişdi bir gün,

Liliylə Qara Hun qeyd etmək üçün,

Çıxdılar bozqırda at çapdırmağa,

Yarış edib,bir az da baş qatmağa.

Sürürdülər çay qırağıyla atı,

Belə yaşayırlar əsil həyatı.

Dayanıb keçdilər bir ağac alta,

Hun başladılar söhbətə asta-asta:

“Səninlə evlənmək istəməyirdim,

“Mən sevməyi bacarmaram” deyirdim.

Səni görcək fikrim tamam dəyişdi,

Özüm də anlamadım bu nə işdi?

Ananın xeyiri ancaq bu oldu,

Sayəsində iki sevən qovuşdu!”

Bunu demişdi ki,eşitdi bir səs,

“Qoymaram alasız siz rahat nəfəs.

Ağlınızca mənə oynadız oyun,

Mutlu bitməməli sonu bu toyun.

Tez tutun onları,vermədən aman,

Türkə ölüm qismət,qızıma zindan”.

Hun baxdı ki,100 nəfər çinli əsgər,

Ətrafı tutaraq qurmuşlar çənbər.

Yılmayaraq pusatın çəkdi haman,

“Lili,yanımda ol,ayrılma bir an”.

Qoşuna daldı Hun canavar kimi,

Pusat onun,o pusatın hakimi.

Çinlilər ötə(çox) idi,Hun isə tək,

Çinli qorxub savaşmadı təkbətək.

Biri sağ,biri soldan hücum etdi,

Kimiysə arxadan zərbə endirdi.

Yavaş-yavaş Hunun tükənir gücü,

Yarımçıq qalacaq deyəsən öcü.

Yaralandı sol ayağı,sağ qolu,

Artıq qalmamışdı bir çıxış yolu.

Pusatın əlindən aldı çinlilər,

O kafir sifətli,kafir dinlilər.

Lilini də çinlilər əsir aldı,

Fuca sevənləri aralı saldı.

Fuca əmr etdi ki,vurun boynunu,

İbrət olsun nəymiş pozmaq oynunu.

Cəllad qəzəb ilə Huna baxırdı,

Vurmaqçün qılıncı göyə qaldırdı.

Elə bu an cəllad yıxıldı yerə,

Hədəf oldu o ikisi də tirə(ox).

Hun azad olub qapdı pusatını,

Bitirməkçün Fucanın həyatını

Yeyin hücum etdi onun üstünə,

O da dayanmış Lilinin qəsdinə.

Gördü ki,Hun gəlir yaman qəzəbli,

Bir anda can verdi əlində Lili.

Bunu görcək Hunun qəzəbi artdı,

Pusatı Fucanın köksünə sancdı.

Sonra qucaqladı yarı Lilini,

Əlinin içinə aldı əlini.

Hun dedi: “Bağışla məni,gözəlim”,

“Yox.Bura qədərmiş mənim əcəlim.

Gələcək yarınla xoşbəxt ol təki,

O dünyada qarşılayacam sizi”.

Əbədi olaraq yumdu gözləri,

Hunu kövrəltmişdi o son sözləri.

Ətrafa baxdı ki,çinlilər ölmüş,

Yerində də Türk alpları düzülmüş.

Başçıları uzun saçlı bir cavan,

Bığları da dodaqlardan sallanan.

Başına qoymuşdur Oğuz qalpağı,

Türklüyündən xəbər verir papağı.

Yaxın gəlib diz qıraraq önündə,

Bir igidlik sezilirdi üzündə:

“Adım Basat,Doqquz Oğuz elindən,

99 alpla,əmrindəyəm mən!”.

Basatı yerdən qaldıraraq Hun,

Valeh etmişdi mərdliyi onun.

Hun dedi: “Gəl,Basat obaya dönək,

Qonağım ol,birgə bir kımız içək”.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+27=
Hesaba giriş
Müəllif

Ramin Hüseynsoy
Haqqında
Şair,yazar,dramaturq
Əlaqə
E-mail:
ramin.huseynsoy@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0309 saniye