Boz Qurd Dərisi Geymiş İgid - Lilinin dəfni və Basat
Ramin Hüseynsoy tərəfindən "Hekayə" bolməsinə 00:06 03 avqust 2015 tarixində əlavə olunmuşdur

...Bu dəfə Tanrı dağ geymişdi qara,

Birinin həyatı yetmişdi sona.

Budu Tanrı dağa qalxır beş nəfər,

Ancaq biri cansız,qollarda gəzər.

Cansız Lili idi,Hunun qolunda,

Basat,Tuna,bir də qamdı solunda.

Sonunda vardılar uca zirvəyə,

Alplar bir yeri alaraq dövrəyə

Tələsmədən başladılar qazmağa,

Uğurlamaqçün Lilini uçmağa.

Lilini də aldı bu qara torpaq,

Ardınca qaldı həsrət dolu baxmaq.

Üstündə qurdular bir hündür höyük,

Şahzadəyə layiq,olduqca böyük.

-26-

Qutlu yumlar söyləyirdi orda qam,

Ağlayardı qulaq verəndə adam.

...Çadırda kənara qoyulmuş pusat,

Üz-üzə oturmuş Hun ilə Basat.

Birinci məclisdə kımız içildi,

Sonra əsas sorulara keçildi.

Birinci Qara Hun başladı sözə:

“Xoş gəlib,xeyirlər gətirdin bizə.

Basat,söylə görüm axı kimsən sən,

Xilas etdin məni ölümdən nədən?”

Bir az gülümsəyib söylədi Basat:

“Ancaq qardaş üçün vurmalı pusat.

Gəlirdim yanına olum mən tabın,

Gördüm çinlilər sarılı ətrafın.

Çəkdim pusatımı Tanrı adına,

99 ərlə daldım qoşuna”.

-27-

Hun yenə maraqla sordu ki,Basat:

“Bəs sizin obada yoxmudur həyat?”

Basatın üzündə göründü kədər,

Söylədi ki:“Obam olub dərbədər.

Hər yaz basqın edər fars quldurları,

Yandırıb yağmalar tüm obaları.

Anamla atamı bir yaz günündə,

Farslar öldürdülər gözüm önündə.

Uşaq idim,anlamırdım davanı,

Düşlərdə görürəm o dəhşət anı.

Böyüdüm artıq uşaq deyiləm,

Öcümü almadan ölən deyiləm!!!”

Dinlədikcə Hunun dəyişdi halı,

Fars adın duyanda artdı cəlalı.

Səsində sərtlik var,söylədi: “Basat,

Onlar da bu gündən olmazlar rahat.

-28-

Əzilir Türk budunum, yox xəbərim,

Can verirmiş orda katunum,ərim.

Tuna,alplar alsınlar pusatını,

Basat,çatmışdır öc almaq zamanı”.

Bunu deyib sonra qalxdı ayağa,

“Farslar bu gəz rast gələcəklər dağa!!!”.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+15=
Hesaba giriş
Müəllif

Ramin Hüseynsoy
Haqqında
Şair,yazar,dramaturq
Əlaqə
E-mail:
ramin.huseynsoy@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0321 saniye