Bir tayfa yaşarmış Turan elində,
Bütün el cəm idi onun əlində.
Var idi tayfanın varlı bir şahı,
Qəbul etmişdi o,tək bir Allahı.
Yayılmış hər yana şanı,şöhrəti,
Var idi o şahın amma bir dərdi.
Nədənsə yox idi şahın varisi,
Düşündü kim olsun taxtın hamisi?
Özünü qabağa tez verdi Tuna,
Şaha qardaş oğlu,yaxındı ona.
Var idi Tunanın hələ on yaşı,
Bu işlərə aldırmaz onun başı.
...Münəccim xoş xəbər gətirdi şaha,
Dedi:”Varis gəlir.Dərd çəkmə daha.
Ulduzlar dedilər yaxın zamanda
Bir oğlan doğulur sizin sarayda”.
Gələn xoş xəbərə çox sevindi şah,
Bütün tayfanı da etdirdi agah.
...Bu işdən Dumanın halı dəyişdi,
O oğlu Tunanı varis bilmişdi.
Tez o münəccimi arayıb tapdı,
Onun əliylə bir yalan yapdı.
Dedi ki,çatdırsın şaha bəd xəbər,
Tezliklə sarayda doğacaq kədər.
Çünki,eyləmisən sən böyük bir suç,
Varisin həyatın eyləmisən puç.
...Münəccim bunları çatdırdı şaha,
Ümid qalmamışdır varis almağa.
Bunun səbəbkarı xatunu Görklü,
O arı təbiətli,gülər üzlü.
Bu bəd xəbərə bərk əsəbləşdi şah,
Xatunun saldırdı zindana,eyvah!
Şaha zülm edirdi oğlun yoxluğu,
Ağır yük olmuşdu pulun çoxluğu.
Oğul gəlməyincə vəsiyyət yazdı,
Taxtına Tunanın adını asdı.
...Bir neçə gün sonra xəstələnir şah,
Onda suç görmüşdü deyəsən Allah.
Bir neçə ay keçir,artır xəstəlik,
Çox keçməz sabaha olar rəhmətlik.
Bir gün səhər şaha,çatır ki,xəbər
Münəccim ona demiş yalan sözlər.
Vəsiyyət yazmağa vaxtı çatmadı,
Amma son sözündən bilindi adı.
Görklü tez zindandan azad edildi,
Hakimiyyət ona təhvil verildi.
Gələcək şahzadə saydılar oğlun,
Adını qoydular onun Qara Hun!
Bu hala narazı olsa da Duman,
Münasib an üçün gözlədi zaman.
...Daha on yeddi il keçmiş aradan
Bir cəngavər olmuş o kiçik oğlan.
At oynatmağı var,tapılmaz tayı,
Poladdan qılıncı,dəmirdən yayı.
Tuna da böyümüş,dolmuşdur yaşa,
Şahlıqçün Qarayla gəldi baş-başa.