Bu il sentyabr ayının 9-da kraliça II Yelizavetanın hökmranlığının 63-cü ildönümü oldu. Britaniya tarixində ən uzun müddətli bu monarx 1952-ci ildə 25 yaşında ikən taxt-taca sahib olmuşdur. Onun həyatının müxtəlif anları əks olunmuş rəsmlərə baxaq, onunla bir az yaxından tanış olaq.
İkinci dünya müharibəsi zamanı gənc Yelizaveta hərbi yük avtomobili sürücüsü və mexaniki kimi xidmət etmişdir. 1947-ci ildə çəkilmiş bu şəkildə Yelizaveta, əri şahzadə Filipp, atası kral VI Georq müharibədə həlak olanları anma mərasimindədirlər.
1933-cü ildə çəkilən bu şəkildə kiçik Yelizaveta və əmisi Uels şahzadəsi əks olunmuşlar. Bir müddət sonra əmisi kral VIII Eduard adı ilə hökmdar olur. Az sonra taxt-tacdan imtina edib boşanmış amerikalı qadın Uollis Simpsonla evlənir. Beləliklə 1952-ci ildə gənc Yelizaveta Birləşmiş Krallığın kraliçası olur.
Velş-korgi cinsindən olan köpəklər uşaqlıqdan onun həyatının bir hissəsi olub. 1970-ci ildə çəkilmiş bu şəkildə onun övladları – şahzadələr Endryu və Edvardı görürük. Hazırda kraliçanın Holli və Villou adlı iki köpəyi var.
Kraliça ümumiyyətlə heyvansevərdir. Bunu bilən yaxınları ona “Oksfordlu ledi” ləqəbli inək bağışlamışlar.
Ağ əlcəkdə əl sallamaq bu kral ailəsinə məxsus xarakterik detaldır. Deyilənə görə neçə on illərdir ki, bu cür salamlama əvvəllər olduğu kimi ədalı deyildir.
Cəmiyyətdə o cin və nahardan əvvəl məşhur apiritiv Dyubone içir: limon dilimi və bol buz ilə. Bu şəkil isə Yelisey sarayında ziyafət zamanı çəkilib.
Kraliça illik 40 milyon funt məbləğində gəlir əldə edir. Maliyyə mənbəyi sərmayələr və monarxiyaya aid torpaqlardan əldə olunan mənfəətdir.
Mənbə: baki-baku.az