BU AXŞAM
Gülnarə Sadiq tərəfindən "Şeir" bolməsinə 21:49 31 iyul 2014 tarixində əlavə olunmuşdur

 

Gəl sən ürəyimə dəymə bu axşam,

Heç bir şey soruşma,dinmə bu axşam.

Qoy gözümüzlə danışsın eşqimiz

Dünya dursun,aləm sussun bu axşam.

 

Kaş çata biləydi sənə əllərim,

Kaş baxa biləydi sənə gözlərim,

“Sevirəm”deyəydi sənə ürəyim,

Eşqimizin şahididi bu axşam.

 

Sən mənim ömrümün tək sevdasısan,

Solmuş ümidimin tək muradısan,

Nəfəsimçün yaşamamçün mənə lazımsan,

“Sevirəm”sözünü deyək bu axşam.

 


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
10+1=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
edebi-islami.vehdet@yandex.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0251 saniye