Deyirsən unudum səni bu gündən
O keçən xoş anları silim beynimdən,
Sevmirəm kəlməsini deyib könüldən
Sənsizliyi özümə bir dərdmi seçim?
Mən səni sevməkdən necə əl çəkim?
Səmada parlayan günəşə dedim
Ayla göydə sayrışan ulduza dedim
Səni sevdiyimi özümə dedim
Sənsizliyi özümə bir dərdmi seçim?
Mən səni sevməkdən necə əl çəkim?
Bircə gülüşünlə xoşbəxt olurdum
Sənin varlığınla mən mən olurdum
Getdiyin o gündən bir gül tək soldum
Sənsizliyi özümə bir dərdmi seçim?
Mən səni sevməkdən necə əl çəkim?
Sevərək getmək çoxmu asandı,
Sevgini məhv etmək kitabda yazarmı,
Unut deyən insan cavabın varmı?!
Sənsizliyi özümə bir dərdmi seçim?
Mən səni sevməkdən necə əl çəkim?