Bu da son...
Tofiq tərəfindən "Hekayə" bolməsinə 13:51 20 fevral 2015 tarixində əlavə olunmuşdur

Avtobusu gözləmək üçün yolun qırağına yaxınlaşdı. Trasda maşınlar sürətlə şütüyür, avtobus isə hələ gəlmək bilmirdi. Bir-birinin ardınca balaca, böyük maşınlar, avtobus və yük avtomobilləri sürətlə yanından ötüb keçirdi. Son qərarını vermiş, nakam sevgisini artıq gönmüşdü. İndi sakitləşmək, özü ilə tək qalmaq, olub-keçənləri götür qoy edib nəyin səhf nəyin düz olduğunu özündə ayırd etməliydi. Amma indi yolun qırağında duranda ağlına şeytani fikirlər gəlirdi. Yaranmış vəziyyətdə özünü günahkar hiss edirdi. Birdən özünü yoldan keçən maşınlardan birinin altına atıb ölmək, birdəfəlik həyatın ona verdiyi iztirabdan qurtulmaq istədi…Maşınlara diqqətlə baxıb seçimini etdi. Qərar qətidirsə ölüm də şərt olmalı idi. Səhf edib yaralanmaq, yüngül zədə ilə sağ qurtulmaq olmazdı. Ağ rəngli “07”-ni buraxdı. Arxadan gələn Hyunday markalı avtobusu da buraxdı. Və diqqətini yaxınlaşan Volvo yük avtomobilində cəmləyərək inamla addım atdı. Bir neçə saniyədən sonra ağırtonnajlı yük avtomobili ilə toqquşaraq ruhunu azadlığa buraxacaqdı ki…

…avtobusun siqnal səsi onu xəyallardan ayıltdı. Diksinərək geri atıldı. Bir anlıq duruxdu. Etdiyi hərəkəti başa düşməyə çalışdı. İntihar edirdi. İntihar? Daha çox acizlərin müraciət etdiyi ölmək metodu. İntihar etmək məğlubların seçimi idi. Aciz idimi, məğlub idimi? Heç özü də bilmirdi. Bircə bildiyi o idi ki hər şey bitdi. Və hər şey geridə qaldı. Bu da son. Nə qədər çətin və öz iradəsinin əleyhinə olsa da qərarını vermişdi artıq. Geriyə yol vardımı?

İndi bunları düşünə bilmirdi. Sevirdi amma ayrılırdı. Qarşılıqlı sevərək ayrıldığına görə hamı onu qınaya bilərdi. Qınayacaqdı da. İnsanları qınamaq, onların yerinə qərar vermək, problem həll etmək bizə Tanrı tərəfindən verilən istedaddı. Amma məsələ özümüzə çatanda…bax burda məsləhət verə bilmirik. Qərar çıxarmaqda aciz oluruq. Gücsüz oluruq.

İndi o həm aciz, həm gücsüz həm də qərarsız idi. Son hadısə bir şeyi öyrətdi ona. Öyrətdi ki bu həyata istədiyimiz kimi yaşamaq üçün gəlsək də bir çox hallarda kiminsə istəyinə uyğun rola girməli, oynamalı oluruq. İndi o istədiyi kimi yaşadığı həyatında rola girməli olurdu. Həyat ona ilk ciddi rolunu verirdi. Həyata, reallığa, azadlığa sanki bir anlıq nifrət etdi. Geriyə bir də boylanaraq dayanacağa çatmış avtobusa mindi. Sanki sevgisindən qaçırmış kimi avtobusun tez getməsini istədi. Amma görəsən qəlbimizdən uzağa nə vaxtsa gedə bilərikmi…


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+20=
Hesaba giriş
Müəllif

Tofiq
Əlaqə
E-mail:
tofiq.sadixov@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0542 saniye