Bu dünya
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 14:33 09 fevral 2016 tarixində əlavə olunmuşdur

İnsanın ağlının biləcəyimi,

Nə üçün boşaldı, doldu bu dünya?

Günahı özündə axtarsa yaxşı,

Zülümdən, xiffətdən soldu bu dünya.

 

Baxdı əyrisinə, baxdı düzünə,

Od qatdı yaxşının ocaq, közünə.

Haqq - nahaqq söylədik hər an üzünə,

Deməyək, vəfasız oldu bu dünya.

 

Səhərdən axşama çalışanlar ac,

Bir qurtum saf suya, çörəyə möhtac.

Əzəldən fağırı əzir ehtiyac,

Ağrıyla -acıyla boldu bu dünya.


... dəfə oxunub
Qiymət: 10/10(672 səs)
[qiymət ver ]
Şərh yaz
5+19=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0284 saniye