Bu dünyada qalmadı heç kimsələr
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 21:40 25 aprel 2016 tarixində əlavə olunmuşdur

Bu dünyada qalmadı heç kimsələr,
Qalsa idi,bir məkanım olaydı.
Qadir Allah xəlq elədi bizləri,
Aldığı da şirin canım olaydı.
***
Günahların bağışlanar,tövbələ,
Allahından ruzi dilə,rizq dilə.
Şəhadət et,iman gətir qəlb ilə,
Bu halətdə din-imanım olaydı.
***
Namaz,zəkat,oruc,həcdir birər şərt,
Əməl etsən.savab olar,çün.əlbət.
Müsəlmansan,sənə fərzdir ibadət.
Beş vaxt namaz hər zamanım olaydı.
***
Sev Allahı,Allahının sevdiyin,
Adil olmaq isə sənin istəyin.
İtaət et,itaətdi bildiyin,
Səbr etməyim imtahanım olaydı.
***
Biz quluyuq,sən Xaliqin Rəsulu,
Hökmün ilə Mövlud tutub bu yolu.
Dərgahına gəlləm gözü yumulu,
Qiyamətdə sən həyanım olaydın.

30.06.2014.Zərdabi.Mövlud Ağamməd.

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+19=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.2346 saniye