Bu dünyada sənsizliyə, əzizim....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 20:46 07 yanvar 2017 tarixində əlavə olunmuşdur

Bu dünyada sənsizliyə,əzizim,
Dözmək üçün səbrü-qərar istərəm.
Sənsiz ömür cəhənnəmdi,əzabdı,
Keçmək üçün siratdan nar(1) istərəm.
***
Canım sənə fəda olsun,qurbandı,
Bimarınam,bir baxışın dərmandı.
Sənə olan məhəbbətim pünhandı,
Etmək onu aləmə car istərəm.
***
Qalmadı can,sıxdı hicran qəlbimi,
Ahu-fəğan etdi viran qəlbimi.
Vəsli-canan etdi şadman qəlbimi,
Əhdə vəfa Mövluda yar istərəm.

(1)nar--burada cəhənnəm odu mənasında.

28.08.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+27=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0315 saniye