Şeytan məclisində oturan gədə.
Pulla harunlaşıb,quduran gədə
Məzlumu aldadıb, buyuran gədə
Heç düşündünmü bunun sonu var !
Pulla cilvələşib,pulla oynama
Özündə bir qulsan qulla oynama
Bu dünya külüdür külla oynama
Düşün hər faninin ölüm anı var !
Düşünmə bu dünya sənə qalandı
Vallah bu gördüyün hər şey yalandı
Şeytanın işvəsi canlar alandı
Bax belə dünyanın bu cür yanı var !
Rüstəm dərk eləyir bütün cahanı
Hər zərrədə anır o, yaradanı
İnsan olmaq kamil edir insanı
Bu dünyanın Allahı var,danı var !
Müəllif: Rüstəm Sadiqli