MƏSNƏVİ
Bu dünyanın bağçasını döndərib gülüstana,
Həsrət yükün çəkir ürək,bilmirəm heç hayana.
***
Bağçalara bahar çağı gəldi şeyda bülbüllər,
Mənim qəlbim xəzan içrə hey ağlayar,sızıldar.
***
Soruşmayın,bu,nə qəmdir,nə həsrətdir,çəkirəm,
Bütün günü gözlərimi o yollara dikirəm.
***
Gözləyirəm..Qayıdacaq mənim könül həmdəmim,
Bundan sonra qalmayacaq ürəyimdə həsrətim.
***
O söz verib,qoymayacaq məni tənha həyatda,
Peymanını pozan deyil,qopsa tufan,boran da.
***
Xatirələr dilə gəlir yenə sevən ürəkdə,
Xəyal ilə yaşayıram onsuz keçən hər gündə.
***
" Həyatımın günəşisən",-dedim ona bir zaman,
Ürəyim göz yaşı tökər əgər məni unutsan.
08.02.1984.Zərdabi.(Mövlud Ağamməd)