BU EVİN SAKİNİSƏN
ceyhun fikrət tərəfindən "Şeir" bolməsinə 01:27 04 mart 2015 tarixində əlavə olunmuşdur

Sən yuxusuz gecələrimin sakinisən,

Sanki, qapını döyüb, qonaq gəlmisən

Soyuq bir külək kimi soruşmadan,

İçəri girmisən.

Soyutmusan,

Ağlımı,

Düşüncələrimi…

Soyuq otağım da dəyişib sanki…

Gözümdə dəyişib,

Boyası solmuş divarlar da…

Elə bil, fikirlərim də donub bir anlıq,

Qardan sonra soyuq külək kimi

Beynimi dondurmusan.

Elə bil, buz bağlayıb hisslərim də…

Sənsə, bunu hiss etmədən,

Üşümədən,

Bu evin sakinisən.

Sən yuxusuz gecələrimin sakinisən.

Bu soyuq külək də,

Üşütmür səni,

Bu şaxtalı qar da qorxutmur səni,

Bu soyuqluğa qarşı

Düşünürsən,

Soyuq küləyin qarşısını alan,

Şaxtalı qarları əridən,

Bir Günəş çıxacaqdır.

Onda yuxusuz gecələrimin

Sakini sən yox,

Günəşli günlərinin sakini mən olacağam.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+17=
Hesaba giriş
Müəllif

ceyhun fikrət
Haqqında
Ceyhun FİKRƏT 
(Dünyamalıyev Ceyhun Fikrət oğlu) 
yazar 

Gənc yazar Ceyhun Fikrət (Dünyamaliyev Ceyhun Fikrət oğlu)18 avqust 1984-ci il tarixdə Bakı səhərində anadan olub.Əslən Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Samaxı səhərindəndir.10 yasından ədəbiyyat sahəsinə maraq göstərmis Ceyhun,bir cox klassik sairləri və yazıçıları mütaliə etmis və dərindən öyrənmisdir.20yasından böyük yaradıcılığa,yəni ədəbi fəaliyyətə baslamısdır.Hal-hazirda Ceyhun Fikret imzasi ile edebi fealiyyetini davam etdirir
Əlaqə
E-mail:
ceyhunfikret@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.03 saniye