“BU FİLM AZƏRBAYCAN KİNO MƏKANINDA STİLİ VƏ SÜJET XƏTTİ İLƏ TAM YENİ BİR PROJEDİR. – “MƏZAR DAŞI” FİLMİNİN QURULUŞÇU REJİSSORU EMİLİYA ASLANLI
Elşən İsmayıl tərəfindən "Məşhurlar" bolməsinə 22:13 24 iyun 2021 tarixində əlavə olunmuşdur

“BU FİLM AZƏRBAYCAN KİNO MƏKANINDA STİLİ VƏ SÜJET XƏTTİ İLƏ TAM YENİ BİR PROJEDİR. – “MƏZAR DAŞI” FİLMİNİN QURULUŞÇU REJİSSORU EMİLİYA ASLANLI


 


Saytımız artıq bir müddətdir çəkilişləri gedən və tezliklə ölkədaxili, eyni zamanda ölkəxarici film festivallarında təqdim edilməsi və bir çox tv kanalında yayımlanması planlaşdırılan yeni, maraqlı süjet xətti ilə diqqət çəkən, ssenarisi ELŞƏN İSMAYIL-ın “QADININ GÖZYAŞLARI” hekayəsinin motivləri əsasında yazılan, Ssenari müəllifi və Rejissoru ELŞƏN İSMAYIL olan “MƏZAR DAŞI” psixoloji dramının Quruluşçu Rejissoru EMİLİYA ASLANLI ilə apardığımız müsahibəni sizlərə təqdim edir:


  


Emiliya Aslanlı və rejissorluq sənətini qovuşduran qısa tarixçə nədir?


-        Mən hələ uşaq ikən anama deyərdim ki, “Ana, mən böyüyəndə rejissor olacağam”. Baxmayaraq ki, bu düşüncədə olmuşam, lakin bir arzum da vardı, anama bunu da deyirdim: “Ana, mən kosmonavt olacağam böyüyəndə”. Anam da həmişə deyərdi ki, bu sənətlər sənə görə deyil, atan bilsə əsəbiləşər sənə - deyərdi. Çünki atam müəllim olub, onun da həmişə arzusu olub ki, övladları da bu şərəfli yolu onun ardınca getsin.


Hələ uşaq ikən xatırlayıram, əmim oğlunu operator, bibim qızını aktrisa, o biri bibimin qızını isə ssenarist etmişdim. Özüm də rejissorluq edirdim. Uşaqların oyuncaqları olduğu kimi, mənim də oyuncaqlarım vardı, amma mənim oyuncaqlarım uşaq ikən rejissorluq etdiyim və çəkirmiş kimi sandığım xəyalımdakı filmimimin texniki tərəfi olmuşdu. Və biz beləcə “uşaq xəyalı” film çəkmişdik.


Mənim kinoya gəlişim ilk olaraq, məhz Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasından başlayır. Günlərlə oradan keçir , bir cəsarət etmirdim ora girib bir filmdə işləyim. Utancaqlıqmı desəm, yoxsa oradakı mənə “dahi” kimi fikrimdə düşünülən adamlarmı desəm, bu addıma mane olurdu, bunu bilmirəm. Və günün birində mən oradan keçirdim yenə. Yağışlı bir gün idi. Cəsarət edib qapıya yaxınlaşmışdım. Orada bir polis mənə kömək oldu. O məqamda da orda Ulu öndərimiz rəhmətlik Heydər Əliyevə aid bir filmin çəkilişləri üçün hazırlıq gedirdi. Polis məni filmin ikinci rejissoru Çingiz Həsənovun yanına apardı. Çingiz bəy də məni filmin quruluşçu rejissoru olan Ramiz Fətəliyevlə tanış etdi. Onlar məni çox sevdilər və filmdə işə götürdülər. İlk filmdə işim rejissor assistenti oldu. “Xlapuşka” vurmaq. Yadımdadır ki, mən o zaman ilk belə böyük bir layihədə işimi başlamaq həyəcanında idim. Çingiz bəy sağ olsun, mənə “xlapuşka” vurmağı öyrətdi və beləcə işlərə başladıq.


Bu filmdən sonra mən bir çox filmlərdə işlədim: “Bir ovuc torpaq” çoxseriyalı bədii televiziya filmi, “Evimiz abad” bədii filmi, “Həddən artıq uyğunluq” filmi, “Yüz kağız” filmi “Nərgiz gülü” seriyalı kimi işlərdə işlədim.


Hər zaman qısa-qısa videolar çəkirdim öz üslubumda. Və bir gün hamımızın sevimlisi və mənim müəllimim olan kino rejissor Ramiz Həsənoğlu mənə bir fikir söylədi:


“- Əziz Emeli, bəlkə sən bu videoları Kinostudiyada “Qızıl Pəri” yarışmasına verəsən, nə düşünürsən?” deyə soruşdu. Cavabım əlbəttə “hə!” oldu . Və müəllimim mənim çəkdiyim videoları götürdü getdik Rövşən Nicatın yanına. O orda bu videoları montaj etdi. Ve müəllimimlə birlikdə biz bunu yarışmaya verdik. Orda dahi rejissorlarla yanaşı mənim bu çəkdiyim “Metamorfozlar” filmim müsabiqənin birinci turundan keçdi. Yenə sevindirici bir hal idi bu mənim üçün. Ümumiyyətlə desəm, Ramiz Mirzəyevin üzərimdə əməyi hədsiz dərəcədə çoxdur. Müəllimimə can sağlığı arzu edirəm. Sonra mən “Aztv”-də çalışdım bir müddət. Allah rəhmət etsin orda dublyajda Etibar bəyə, dublyajda gəlib səsimi yoxlamışdı hətta.


Öz fəaliyyətim dövründə “Əsgər” adlı bir klip çəkdim. Bundan başqa “Məhv olmuş sabah” adlı bir film çəkdim. Bilirsiniz, bu sahədə nə qədər dostumuz olsa da, təəssüf ki, düşmənlərimiz də vardı əlbət. Və mənim çəkdiyim bütün kadrları yanıma götürdüyüm ikinci rejissorum yandırmışdı. Buna çox üzülmüşdüm, çünki çox əziyyət çəkmişdim. Amma sevinirəm ki, bugünkü gündə bir tərəfdən ki, demək ki, güclü insanam ki, düşmənim var.


 


Bu film haqqındakı düşüncələriniz?


-        Rejissor Elşən İsmayıl ilə hərdən özümüz hekayələr, şeirlər səsləndiririk. Günün birində mənim onun yazdığı bir hekayə diqqətimi çəkdi – “Qadının gözyaşıları”. Çox təsirli idi və məni sanki titrətdi bu hekayə. Həyatda ümumiyyətlə desəm çox az bir şeylər olar ki, ruhuma təsir edər. Bu hekayə də belə idi. Və mən Elşənlə məsləhətləşdim ki, bəlkə biz bunu bir film edək? Və qərara gəldik bunun üzərində Elşən çox təsirli bir ssenari yazdı və biz də bunu çəkdik. Ümid edirəm ki, bizi sevən tamaşaçılarımızın da xoşuna gələr əziyyətimiz.


 


Filmdən gözləntiləriniz.


-        Biz filmimizin janrı psixoloji dram janrdadır. Film Azərbaycan kino məkanında stili və süjet xətti ilə tam yeni bir projedir. Ölkədaxili və ölkəxarici film festivalları üçün və eyni zamanda bir müddət sonra geniş izləyici kütləsi üçün nəzərdə tutulub. Filmdən əsas gözləntim budur ki, izləyicilərimizi məmnun edə biləcəksə, bu bizə stimul verəcək və yeni maraqlı layihələrin yaradılmasına sövq edəcək.


 


5. Baş rol Aygün rolu haqqında qısaca...


-        Sevgilisi ilə ayrıldıqdan sonra dərin iztirablar yaşayan Aygün onun ölümünə çox üzülsə də, vaxtilə Toğrulun etdiyi səhvlərə görə, ondan vəfasızlığının intiqamını almaq istəyir. Aygün obrazı dərin psixoloji xarakterə malikdir. Sevsə də, qadınlıq qürurundan vaz keçmir və Toğrulun məzarına gəlib hikkəsini onunla bölüşür. Sonda isə ona olan saf sevgisini xatırlayır və Toğrulu bağışlayır. Film boyu Aygünün ağır psixoloji vəziyyətinin və sevgi haqqında tərəddüdlü fikirlərinin şahidi oluruq.


 


6. Hansı xarakterli obrazlara daha çox simpatiyanız var?


-        Əsasən psixoloji problemi olan obrazlar daha çox diqqətimi çəkir, xüsusilə də şizofrenik obrazlar. 


 


7. Azərbaycan izləyicisinə nə demək istərdiniz?


-        Bir sözlə, sizi sevirəm deyərdim, həm də çox sevirəm. Çünki bir sənətçi kimi varlığımın əsas dəyərini sizlər verirsiniz.


 


8. Yaradıcılıq planlarınız.


-        Çox planlarım var. Tanrı köməyim olsun, yaşadığımız bu həyatımızda real etmə şansına sahib olam. Bu planları gerçək edim, bir-bir paylaşacağam sizlərlə. Amma qısaca deyim ki, yaxın zamanlarda müqəddəs şəhidlərimiz haqqında silsilə bədii-sənədli filmlər və psixoloji janrda bir neçə festival filmləri çəkəcəyik. Xüsusilə internet ortamında yaxın zamanlarda ssenari müəllifi görkəmli alim Bəxtiyar Tuncayın “TARİXİN QƏDİM KÖKLƏRİ” adlı sənədli serial başlayacaq. Filmin rejissoru və baş prodüseri Elşən İsmayıl, Quruluşçu Rejissoru mənəm.


Fəaliyyətimlə vətənimə daha yaxşı xidmət edə bilmək mənim arzum və əsas qayəmdir. Hər işi görməzdən öncə, “ÖNCƏ VƏTƏN” şüarıyla başlamaq indiki və gələcək layihələrimizdə mənə və komandama böyük stilmul verir. Tanrı Azərbaycanımızı qorusun!


 


Filmin Mətbuat Xidməti


 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+29=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0249 saniye