Bu film gəncliyə vətənimizin tarixini, milli kimliyimizi, Bütövlük ideyasını və ən əsası əsl vətəndaş olmağı öyrədəcək. - “TUĞ”-un baş xanıım obrazı SELCAN QUTLUSOY rolunu canlandıran gənc istedadlı aktrisa GÜNAY VƏLİYEVA
Elşən İsmayıl tərəfindən "Müsahibə" bolməsinə 17:41 31 mart 2019 tarixində əlavə olunmuşdur

Ötən günlərdə internetdə və bütün sosial şəbəkələrdə yayımlanan və xeyli izləyicinin böyük marağına səbəb olan yeni milli film “TUĞ”-un baş xanıım obrazı SELCAN QUTLUSOY rolunu canlandıran gənc istedadlı aktrisa GÜNAY VƏLİYEVA ilə həmsöhbət olduq. Müsahibimiz film və öz yaradıcılığı haqqında danışdı. İndi sizlərə o müsahibəni təqdim edirik:

 

 

KİNOYA GƏLİŞİNİZ VƏ KİNOYA OLAN MARAĞINIZIN SƏBƏBİ?

 

-          Bilmirəm. (gülümsəyir) Doğrusunu desəm hər şey elə ani oldu ki... İndi arxaya geri dönüb baxanda sadəcə xoş hisslər keçirirəm və belə mövzulu filmdə rol aldığım üçün fəxr edirəm!

 

“TUĞ” FİLMİ HAQQINDA DÜŞÜNCƏLƏRİNİZ?

 

-          Filmin çox maraqlı və yorucu olmayan sujet xətti var. Və eyni zamanda günümüzün reallığı ilə səsləşən, vətən mövqeyini ortaya qoyan filmdir. Filmdə çox maraqlı nüanslar var. Məncə izləyicilərimiz diqqətlə baxsa bu filmdən çox şey öyərənə bilərlər.

 

FİLM KOMANDASI HAQQINDA FİKİRLƏRİNİZ?

 

-          Komandamız çox mehriban və çalışqandır. Ən əsası hər kəsin ürəyində vahid bir arzu var, o da əlbəttə ki, vətənin azadlığı və bu müqəddəs yola olan xidmətdir.

 

YARADICILIQ BARƏSİNDƏ HANSI PLANLARINIZ VAR?

 

-          İstəyirəm gələcəkdə tanınmış bir aktrisa olum. Düzdür yaşım az olmasına baxmayaraq, düşünürəm ki həyatda çox şeylər görmüşəm. Və ən əsası, bir şeyi özümə əsas prinsip olaraq götürmüşəm ki, nə olur olsun həyatda daim öz zəhmətimlə və arzumla yaşayacağam və Tanrının izniylə yüksələcəyəm!

 

FİLMİN SSENARİ MÜƏLLİFİ VƏ REJİSSORU HAQQINDA DÜŞÜNCƏLƏRİNİZ?

 

-          Elşən İsmayıl çox zəhmətkeş və səmimi bir insandır. Bu gözəl işdə bizim yol göstərinimiz və müəllimizdir, təcrübəsinə görə. Ən əsası komandamızla dil tapa bilir. (gülümsəyir) Mən daxil komandada bir qədər çətin insanlar var. Ona görə deyirəm.

 

FİLMİN CƏMİYYƏTƏ NƏ KİMİ XEYRİ OLACAĞINI DÜŞÜNÜRSÜNÜZ?

 

-          Düşünürəm ki, bu film cəmiyyətimizə çox yararlı olacaq. Xüsusən gələcəyimiz olan gəncliyə vətənimizin tarixini, milli kimliyimizi, Bütövlük ideyasını və ən əsası əsl vətəndaş olmağı öyrədəcək. Mən buna əminəm!

 

Filmin Mətbuat Xidməti

 

FİLM: 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+12=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
Yazıramsa, yaşayıram!
Əlaqə
Tel.:
050 869 33 04 (WhatsApp və mobil), 055 626 96 64 (Mobil)
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0252 saniye